Tarix : 2021 Oct 11
Kod 61785

Qarabağın gələcəyi sual altında!

Qafqaz məsələləri üzrə ekspert: Azərbaycan öz torpaqlarının böyük bir qismini, o cümlədən Qarabağ ətrafı şəhərləri və Şuşa şəhərini işğaldan azad etdi. Amma, Qarabağ hələ də azad edilməyib və Qarabağ, Xankəndi və ətraf məntəqələrin gələcəyi barədə heç bir təsəvvür yoxdur.
Arannews : İmam Sadiq (ə) universitetinin “Şəhid Mehdi Bakiri” təşkilatının ictimaiyyətlə əlaqələr şöbəsinə istinadla verdiyi məlumata əsasən, Təbrizin İmam Sadiq (ə) universitetinin “Şəhid Mehdi Bakiri” təşkilatının təşəbbüsü ilə “Qafqaz regionunda son dəyişiklərin araşdırılması” mövzusunda ixtisaslı iclası tələbə, ekspert və Qafqaz məsələləri üzrə təhlilçilərin iştirakı ilə keçirilib.
Bu iclasda Qafqaz məsələləri üzrə təhlilçilərdən olan Hamid Xosrovşahi son proseslər və ötən illərdəki dəyişiklərdən danışdı və dedi:
Son bir ildə baş verənlərə nəzər saldıqda, görürük ki, Azərbaycan öz torpaqlarının böyük bir qismini, o cümlədən Qarabağ ətrafı şəhərləri və Şuşa şəhərini işğaldan azad etdi. Amma, Qarabağ hələ də azad edilməyib və bizim Qarabağ, Xankəndi və ətraf məntəqələrin gələcəyi barədə heç bir təsəvvürümüz yoxdur. Bu müəmma hələ də mövcuddur ki, məsələn sabah kimsə Qarabağda bir cinayət törətsə, hansı ölkənin qanunları ilə mühakimə olunacaq?! Ermənistan, Azərbaycan, Qarabağ Muxtar Regionu və ya Rusiya?!
Ruslar Qarabağ regionu üçün bəzi planlar cızdılar və öz köhnə arzularına çatdılar. Nəhayət Cənubi-Qafqazda öz hərbi qüvvələrini yerləşdirdilər. Onlar illərlə proqram hazırladılar və bu gün sülhün təminatçısı kimi regionda mövcuddurlar. Habelə, yayılmış bəzi şayiələrə əsasən, ruslar o regionun əhalisinə Rusiya pasportu vermək üçün zəmin hazırlayırlar!
Çoxlu mübhəm məsələlər olmasına baxmayaraq, bu məntəqənin aqibəti məlum deyil. Sülh bəyannaməsində proqnozlaşdırılıb ki, Qarabağdakı sülhməramlı hərbiçilər gələcək 5 il müddətində orada qalsınlar. Şərait əl verdikcə, növbəti “beşillik”lər öz-özünə uzadılacaq və doğrusu uzun müddətli proqram nəzərdə tutulmuşdur.
Son bir ildə çoxlu hadisələr baş verdi. İran İslam Respublikası Ayətullah Xameneinin 17 rəbiül-əvvəldəki (3 noyabr 2020) çıxışında işarə etdiyi kimi, Azərbaycanın ərazilərinin işğaldan azad edilməsinə sevinirdi. Əlbəttə, ilk gündən də azad edilmiş məntəqələrin İsrailin at oynadacağı yerlər olacağından bizim narahatlıqlarımız var idi.
Burada sizə bir hesabatı təqdim etmək istəyirəm ki, sionist rejim olan İsrail İranın sərhədlərində intellektual şəhərlər salır. Əlbəttə, Azərbaycan dövləti İsrailin məntəqədəki varlığını inkar edir. Halbuki, bizim Xudafərin şəhərimizlə üzbəüzdə Əhmədli kəndinin yenidən qurulması müqaviləsini İsrailin bir şirkəti ilə bağlayıblar. Yaxud bu regionda ilk intellektual böyük camış fermasının müqaviləsi sionist rejim olan İsraillə bağlanılıb. Məlum məsələdir ki, bu sionist rejim bizim sərhədlərimizdə camış bəsləmək adı altında casusluq etmək niyyətindədir. Halbuki, onlar bizim sərhədlərdən uzaqda da heyvandarlıq edə bilərdilər. Onların məqsədləri məlumdur.
Onlar habelə İsrail Aerokosmik Sənayesi ilə Harop kamikadze PUA-larının istehsalı üçün də müqavilə imzalayıblar. Ortaq investisiya ilə bu PUA-ları Bakıda montaj edirlər. Son günlərdə Azərbaycan Respublikasının prezidentinin İsrail PUA-sının yanındakı rəftarı da bəzi mesaj məqsədləri daşıya bilər.
O, sözlərinin davamında Rusiyanın Qafqaz regionundakı rolu barədə dedi: Rusiya bizim Qafqazda geniş nüfuza malik olmağımızı istəmir. İranın istəmədiyi proseslərin mühüm bir hissəsini regionda ruslar idarə edirlər. Türkiyə Qafqaza icazəsiz gəlməyib. Əksinə, ruslarla alış-verişləri var və bir növ İranı Qafqaz proseslərindən uzaqlaşdırmaq istəyirlər.
Ötən həftə Ərdoğan və Putin Soçidə Suriya görüşünü İdlib mövzusu ilə keçirdilər. Əlbəttə, İran bu görüşdə yox idi. Doğrusu, belə düşünmək və təhlil etmək olar ki, Türkiyənin Qafqazdakı nüfuzuna icazə vermək üçün, Türkiyə özünün Suriyanın İdlibdə olan nüfuzunu ruslara təhvil verməlidir. Hətta, Lavrovun İranın son hərbi hərəkətlərinə reaksiyası olan “qonşu ölkələr üçün narahat edicidir” deməsini də, bu istiqamətdə dəyərləndirmək olar.
Azərbaycan məsələləri üzrə bu ekspert sonda bildirdi: Keçmiş SSRİ-nin dağılması zamanı sərhədlər elə çəkilib ki, bütün bu ölkələrin bir-birlərilə sərhəd ixtilafı var. Bu illər boyunca Ermənistanın şərqdən qərbə olan sərhədləri bağlı idi və Gürcüstan da öz sərhədlərində bəzi problemlərlə qarşı-qarşıya idi. Bu məhdudiyyətlər Ermənistanı İrana yaxınlaşdırmışdı.
O, Ermənistanın hazırkı rəhbərliyinin qərbyönümlü yanaşmasına işarə edərək dedi: Qərbin, xüsusilə də Amerikanın dəstəyini alan Paşinyan, əvvəldən Qarabağ problemindən xilas olmaq istəyirdi. O, Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılmasının ardınca idi ki, öz iqtisadiyyatını yenidən qursun və İrandan asılılığı aradan qaldırsın. İrandan bu asılılığa görə ermənilər İranın istəyilə İsraillə açıq-aşkar əlaqələr qurmurdular. Hacı Qasim Süleymaninin şəhadətindən qısa müddət sonra, onlar iranlıların daxili məsələlərə başının qarışdığını güman etdilər və Paşinyan İsraildə öz səfirliklərini təsis etdi və əlaqələrin möhkəmləndirilməsinə çalışdı. Əlbəttə, İran daxilində bəziləri bu məsələlərə heç diqqət etmirdilər. Ardınca gördük ki, Ermənistan dövləti Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasına çalışır və cənab Ərdoğanın çıxışında bu sözləri eşitdik: Paşinyan Gürcüstan vasitəsilə xəbər göndərib ki, ikitərəfli erməni-türk danışıqlarını başlayaq.

 
  • Yazılıb
  • da (də) 2021 Oct 11
  • Göndərən جهان کمالی