İranın Ərdəbil vilayətinin imam cüməsi deyib: "İran tarix boyu qonşu ölkələrin çətin günləri üçün dəyərli zəxirə olubdur".
Arannews :iranın Ərdəbil vilayətinin imam cüməsi Ayətullah Seyid Həsən Amili cümə namazı xütbələrində Qafqazdakı son hadisələrə toxunaraq, deyib: "Biz Azərbaycan qardaşlarımıza kömək, yaxşılıq və əl tutmaqdan başqa bir şey etməmişik və hər zaman qonşuluq haqqını yerinə yetirmişik və birinci və ikinci Qarabağ müharibəsində onlara yardım etmişik".
Ərdəbilin imam cüməsi əlavə edib: "Azərbaycan və Türkiyə üçüncü ölkələrin sərhədlərində fitnəkarlığından ehtiyatlı olmalıdırlar və bundan artıq onların şeytani meydanında oynamamalıdırlar".
Amili qeyd edib ki, Ali Məqamlı Rəhbərin sözləri Azərbaycan Respublikasına qarşı təhdid deyil, bəlkə yaradılışda və kainatda qəti bir ənənəyə işarədir.
"Son müharibədə də, İran yüksək səviyyədə yardım etdi. Yardım bundan artıq ola bilməz ki, İslam İnqilabının Ali Məqamlı Rəhbəri özü şəxsən hadisəyə müdaxilə etdi və Azərbaycanın bütün torpaqlarının azad edilməsini vacibliyini vurğuladı", - deyə Ayətullah Amili əlavə edib.
Təbrizin imam cüməsi də, iki xalqın şiə və müsəlman olmasına diqqət çəkərək, deyib: Azərbaycan Respublikası xalqının İran xalqının ürəyində yeri var".