İranın xarici işlər naziri İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın Qüds Qüvvələrinin mərhum komandanı Şəhid Hacı Qasim Süleymanının şücaətlərinə toxunaraq, deyib: "Şəhid Süleymani terrorizm ilə mübarizədə milli və dünya səviyyəli bir qəhrəman idi.
Arannews :Hüseyn Əmir Abdullahiyan Livanın Əl-Minar kanalına verdiyi müsahibədə general Süleymaninin Qərbi Asiya regionunda müqavimət qruplarına verdiyi dəstəyə və göstərdiyi yardımlara toxunaraq, əlavə edib: "Şəhid Süleymani Livan Hizbullahı, həmçinin İraq, Suriya və Livan qüvvələrinin əməkdaşlığı ilə terrorizm ilə mübarizə aparmaqda müvəffəq oldu".
İran xarici işlər naziri bu müsahibədə İranın, ölkənin şimal-qərb bölgəsində təlimlər keçirmək qərarına toxunaraq deyib: "Bu təlimin mesajı qonşular üçün sülh və dostluqdur və bölgədə sionistlərin və təkfirçilərin varlığına qarşı yönəlib".
Əmir Abdullahiyan İranın siyasətinin qonşuluğu qorumaq olduğunu vurğulayaraq, qeyd edib ki, İran Azərbaycan Respublikasında terrorçuların və sionist rejimin mövcudluğunun Qafqaz bölgəsində sülhün xeyrinə olmadığını bu ölkə rəsmilərinin diqqətinə çatdırıbdır.
İran xarici işlər naziri, sionist rejimin müqavimətin mesajını aldığını bəyan edərək, əlavə edib: "Sionist rejim işğal olunmuş ərazilər adında böyük bir həbsxanada məhbusdur və bölgədə genişlənə bilmir".
Əmir Abdullahian, ABŞ-ın Qərbi Asiya bölgəsindəki varlığı ilə bağlı da, amerikalıların bölgədən çıxarılmasının qəti olduğunu söyləyib.
İranın xarici işlər naziri, həmçinin İran İslam Respublikasının Əfqanıstanın bütün bölgələri ilə təmasda olduğunu bəyan edərək, rəsmi Tehranın Əfqanıstanda bütün qrupların təmsil olunduğu bir hökumətin tərəfdarı olduğunu bildirib.