İslam Respublikasının bugünlər Ermənistana humanitar yardımlar göstərməsi və öz istehsalını ixrac etməsini erməni hərbiçilərini gücləndirmək kimi qələmə verməyi düzgün hesab etmirəm. İranın bu addımı əslində humanist bir addım olaraq dəyərləndirilməlidir.
Arannews :islam Respublikasının bugünlər Ermənistana humanitar yardımlar göstərməsi və öz istehsalını ixrac etməsini erməni hərbiçilərini gücləndirmək kimi qələmə verməyi düzgün hesab etmirəm. İranın bu addımı əslində humanist bir addım olaraq dəyərləndirilməlidir. Özünüz fikirləşin. Əgər Ermənistan bütün qonşuları tərəfindən blokadaya alınarsa onda oranın dinc əhalisi, qadınları, uşaqları nə vəziyyətdə qalarlar? Özünüzü onların yerinə qoymağa çalışın. Diqqət etmək lazımdır ki, erməni xalqının hamısı bizimlə düşmən deyil. Orada bizi istəyən, haqlı hesab edən və öz dövlət siyasətlərinə zidd olan o qədər insan var ki. Ermənilərlə azərilər tarix boyu bir biri ilə zatən düşmən olmayıblar. Bu ölkələri savaşdıran və barışdıran qüvvələr olub. Üçüncü ölkənin müdaxiləsi olmasaydı bu iki millət bir biri ilə düşmən olmazdı. Necə ki, indi də bir sıra qüvvələr bu iki ölkəni barışdırmaq niyyətinə düşüblər. Bu qədər şəhid və qazilər təqdim olunub. Bunu etmək o qədər də rahat olmayacaqdı. Bu prosesin tezləşməsi üçün alternativ düşmənə ehtiyac duyulurdu. Bununla da, xalqın kin və düşmənçilik hisləri idarə olunaraq, düşmənlik damğasını Ermənistandan alıb, İrana tərəf tuşladılar. Bu hallar keçmişdə də baş vermişdir. Tarix təkrarlanmaqdadır. Yenə də Azərbaycanda Ermənistan kilsəsi və səfirliyi açılacaq. Yenidən Azərbaycan kişiləri erməni qadınları ilə ailə quracaq. İran bizə görə Ermənistanla əlaqəsini kəsməməli və onlara humanitar yardımlarını dayandırmamalıdır. Biz şiəyik. Döyüşlərdə İmamımız Əliyə (ə) "Suyun qabağını kəs" deyirdilər. O isə "Bu iş bizə yaraşmaz"-deyə bildirirdi. Amma Müaaiyə tərəfinin əlinə su düşən kimi, İmam Əlinin (ə) üzünə suyu bağladılar. Bu işi həm də İmam Hüseynə (ə) qarşı Yezid təkrarladı. Bu gün dinc əhalinin üzünə zəruri ehtiyaclarının bağlamaq Müaviyə və Yezid davranışıdır.
Türkiyə generalı İranın Ermənistana silah satdığını iddia edir. Mən şəxsən qazilərinin əksərindən 44 günlük müharibədə İranın istehsal etdiyi hansısa silahı görüb görmədikləriylə bağlı soruşmuşam. Onların cavabı mənfi olub. "Hamısı keçmişdən qalan böyük qardaşın satdığı silahlardır"-deyə bildirirlər. Gəncəyə atılan raketlər buna bir nümunədir. Cənab general! Əgər İran Ermənistana silah veribsə onların növlərini deyin, biz də bilək. İran Fələstinə, Suriyaya, Livana və digər ölkələrə silah göndərərkən bu silahların növünü və barəsində məlumatları da paylaşır. Bəs görəsən, İranın Ermənistanı təchiz etdiyi silahlar hansılardır? Məncə bu cəfəngiyyatdan başqa bir şey deyil. İmam Əli (ə) buyurur: “İnsanlar üç dəstədirlər: Rəbabni alimlər, nicat tapmaq üçün elm öyrənənlər və səs-küy ardınca gedənlər". Bu gün bu cəfəng təbliğatın təsiri altına düşənlər üçüncü dəstədəndirlər. Hər hansı bir xəbər eşitdikdə o xəbərin həm özünü, həm də müxbirini araşdırın. Hər hansı bir sözün təsirinə tez düşməyin. Allah ağıl verib. Gedişatı analiz edin, araşdırın və təhlil edin.
Biz İran İslam Respublikasının 1991, 1992 və 1993-cü illərdə heç kimin bizə yaxın gəlmədiyi dövlərdə etdikləri yaxşılıqları unutmayacağıq. Məsələ türk fars məsələsi deyil. Məsələ islamın inkişaf məsələsidir. İranın inkişafı çoxaldıqca ona olunan təzyiqlər də artır. Allah Təalanın Qurandakı vədi budur: "Biz yer üzünü saleh bəndələrimizə verəcəyik". Bugünkü islami gedişat da o istiqamətdə hərəkət edir və dünyanın heç bir qüvvəsi bunun qarşısını ala bilməyəcək.
“Milli-Mənəvi Dəyərlər” İctimai Birliyinin sədri
Abgül Süleymanov
14.10.2021