Tarix : 2021 Oct 16
Kod 61799

Ağdərə bölgəsi “Mardakert rayonu” olaraq təqdim edilib

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova yenidən Azərbaycanı ittiham edən ifadələr səsləndirib.

Arannews :Zaxarova Azərbaycanı Qarabağda erməni dinc sakinin ölümündə günahkar bilib. O, insidentlərin baş verməməsi üçün Rusiya sülhməramlılarının Azərbaycan və Ermənistan baş qərargahları ilə fasiləsiz qarşılıqlı əlaqədə olduğunu söyləyib.
Azərbaycanı ittiham etməklə bərabər Zaxarova Ağdərə bölgəsini “Mardakert rayonu” olaraq təqdim edib.
Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan Respublikası ordusunun atəşi nəticəsində Ağdərə istiqamətində traktor sürücüsünün ölməsi barədə məlumatı rəsmən təkzib etmişdir.

  • Yazılıb
  • da (də) 2021 Oct 16
  • Göndərən جهان کمالی