Tarix : 2021 Oct 18
Kod 61804

Təbrizdə İmam Zamanla (əc) beyətin yenilənməsi mərasimində "İsrailə ölüm" şüarı səslənib

İmam Zamanla (əc) beyətin yenilənməsi mərasimi camaatın izdihamlı iştirakı və "İsrailə ölüm" şüarları ilə Təbrizin Saat meydanında keçirilib.

Arannews :imam Zamanla (əc) beyətin yenilənməsi mərasimi Höccətül-İslam Bərginin çıxışı və camaatın izdihamlı iştirakı ilə Təbrizin Saat meydanında keçirilib.
Qeyd etmək lazımdır ki, bu gün rəbiül-əvvəl ayının 9-u (16 oktyabr 2021-ci il), İmam Zamanın (əc) imamətinin başlanğıc günü idi. Təbrizin qəhrəman və inqilabçı xalqı da bu mənəvi mərasimdə iştirak edərək, yenidən beyət elan etməklə yanaşı, İranın sərhədləri yaxınlığında sionist rejim olan mənfur İsrailin varlığı və nüfuzundan narahatlıqlarını bildirdilər.
. Bu mərasim sionist rejim olan İsrailin bayrağının yandırılması və "İsrailə ölüm" şüarları ilə başa çatdı.

 
  • Yazılıb
  • da (də) 2021 Oct 18
  • Göndərən جهان کمالی