Tarix : 2021 Oct 19
Kod 61807

Təbrizin cümə imamı:

İran və Azərbaycan xalqlarının qəlbi aravuranların fitnəsilə bir-birindən ayrılmaz

Vəliyyi-fəqihin Şərqi Azərbaycan əyalətindəki nümayəndəsi dedi: İran və Azərbaycan xalqlarının qəlbləri bir-birlərinə o qədər yaxındır ki, aravuranların fitnəsilə bir-birindən ayrılmaz.
 
Arannews :iran və Azərbaycan xalqlarının qəlbləri bir-birlərinə o qədər yaxındır ki, aravuranların fitnəsilə bir-birindən ayrılmaz.
Höccətül-İslam vəl-müslimin Seyid Məhəmmədəli Ali-Haşim “vəhdət həftəsi”nin İmam Xomeyninin (rə) dəyərli yadigarlarından biri olmasına işarə edərək, dedi: Müsəlmanlar arasında nə üçün ixtilaf ardınca getməliyik? Bizim o qədər ortaq qanunlarımız var ki, gərək onlara dəyər verək.
Vəliyyi-fəqihin Şərqi Azərbaycan əyalətindəki nümayəndəsi davam etdi: Ortaq Allah, ortaq peyğəmbər, ortaq qiblə, ortaq həcc əməlləri, ortaq hədislər və ortaq düşmənlər bütün müsəlmanların ayrılmaz bağlarından sayılır. Camaatın bütün təbəqələrindən istəyim budur ki, “vəhdət həftəsi”nə daha çox diqqət yetirsinlər. Çünki İslam düşmənlərini öz hədəflərinə çatmaqda naümid edəcəkdir.
Ali-Haşim İran İslam Respublikası və Azərbaycan Respublikası arasındakı son hadisələrə də toxundu və əlavə etdi: Bu iki ölkə bir-birilə qardaşdırlar və qardaş da olacaqlar. Ayıq olmaq lazımdır ki, hər iki millətin bədxah düşmənləri onların arasında təfriqə yaratmaq və onları ayırmaq üçün çalışırlar.
O, bu iki xalqın xəbis düşmənlərinə xitabən dedi: İran və Azərbaycan xalqlarının qəlbləri bir-birlərinə o qədər yaxındır ki, hər aravuranın fitnəsilə bir-birindən ayrılmaz.
Vəliyyi-fəqihin əyalətdəki nümayəndəsi Əfqanıstanın Xanabad şəhərindəki namaz qılanların öldürülməsi məsələsinə toxundu və bildirdi: Bu cinayətin günahkarı o şəxslərdir ki, Əfqanıstanı təhlükəli yer etmək üçün öz imkanlarını istifadə edirlər. Belə ki, məhdud hərbi müdaxilə ilə yanaşı, öz siyasi müdaxilələrini də artırsınlar.
O bildirdi: Qərəzli addımların qarşısının öncədən alınması lazımdır ki, asayişin pozulması və başqa cinayətlərə zəmin yaratmasın. Həm xarici qüvvələrin iştirakı, həm də təmsilçi qüvvələrin inkişafı və güclənməsi, regionda asayişin pozulmasına və terrorçu fəaliyyətlərə zəmin yaradacaqdır.

 
  • Yazılıb
  • da (də) 2021 Oct 19
  • Göndərən جهان کمالی