Tarix : 2021 Oct 19
Kod 61808

Azərbaycan 1 erməni hərbçinin meyitini Şuşada qarşı tərəfə verib

Azərbaycan 44 günlük müharibədə ölmüş daha 1 erməni hərbçinin qalıqlarını qarşı tərəfə verib.

Arannews -APA-nın verdiyi məlumata görə, meyit oktyabrın 18-də Şuşada verilib.
Meyiti verilən hərbçinin kimliyi məhkəmə-tibbi ekspertizadan sonra məlum olacaq.
Qeyd edək ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində indiyədək 1686 erməni hərbçisinin meyiti və cəsədinin qalıqları tapılıb.

  • Yazılıb
  • da (də) 2021 Oct 19
  • Göndərən جهان کمالی