Azərbaycan Respublikasında dini kəsimə qarşı repressiyaların davamında Bakı polis qüvvələri bu gün (çərşənbə axşamı) Vəhdət həftəsi ilə eyni zamanda bu ölkənin tanınmış din xadimi höccətül-islam Hacı İlqar İbrahimoğlunun evində qeyri-qanuni axtarış aparıblar və onun özünü də həbs ediblər.
Arannews :Hacı İlqar İbrahimoğlu həbsindən öncə video-müraciət yayımlayaraq Azərbaycan əhalisini, xüsusilə də inanclı insanları təxribatlardan, hər hansı təxribat tələsinə düşməkdən, İslam və Azərbaycan xalqının düşmənlərinin məkirli planlarından uzaq qalmağa çağırıb.
Görkəmli din xadini video-müraciətində Vəhdət həftəsi münasibətilə Azərbaycan xalqını təbrik edib, İslam və Azərbaycan düşmənlərinin öz məqsədlərinə çata bilməyəcəyinə əminlik ifadə edib.
İslam maarifinin bu ölkədə yayılmasında çox aktiv və böyük rolu olan Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi (DEVAMM) sədri tanınmış vəkil və hüquq müdafiəçilərindən bu mövzunu izləməyi istəyib.
Habelə, Azərbaycan Respublikası dindarlarına aid xəbər mənbələri, şiə maarifi və İslam dünyasına aid xəbərlərin yayılması istiqamətində fəaliyyət göstərən “Maidə” saytının baş redaktoru Təmkin Cəfərovun da həbs edildiyini bildiriblər.
İran İslam Respublikasının Azərbaycanda sionist rejiminin xərçəngvari nüfuzunun genişlənməsini və bu rejimin anti-təhlükəsizlik hüzurunu tənqid etməsini bəhanə edən Azərbaycan hökuməti dindarlara qarşı yeni və daha şiddətli repressiyalara start vermişdir.
Daha əvvəl, Azərbaycan Respublikası hökumətinin sionist müşaviri Arye Qut, bu ölkə dindarlarını İran amilləri adlandıraraq təhlükəsizlik məmurlarını dini kəsimə qarşı ciddi təzyiq göstərməyə çağırmışdı.
Habelə, Milli Məclisin deputatı Vahid Əhmədov dindarların bu ölkədən təmizlənəcəyini açıq-aşkar qeyd edib.