Tarix : 2021 Oct 20
Kod 61812

Xudafərin körpüsünün tarixi Türkmənçay müqaviləsindən daha qədimdir - Məqalə

Azərbaycan Respublikasının prezidenti, tarixi Türkmənçay və Gülüstan müqavilələrindən daha qədim olan Xudafərin körpüsünün İran memarlıq gözəlliyi ilə fəxr etdi!
Arannews :Azər Pişrəft - Ötən il Azərbaycan əsgərlərinin Xudafərin körpüsünün şimal hissəsində Azərbaycan Respublikasının bayrağını qaldırmalarına aid görüntülər yayıldı və son günlərdə də bu ölkənin prezidenti: “Xudafərin körpüsü Azərbaycan xalqının milli sərvətidir, Azərbaycan xalqının istedadının sübutudur. Biz Azərbaycan xalqına məxsus olan bu möhtəşəm memarlıq əsəri ilə haqlı olaraq fəxr edirik” deyib. Halbuki, tarixi Türkmənçay və Gülüstan müqavilələrindən daha qədim olan bu körpü İran və Azərbaycan arasında yerləşir və onun əsas hissəsi İran İslam Respublikasının torpağındadır. Bu, danılmaz bir faktdır.
Şərqi Azərbaycan əyalətinin Xudafərin sərhəd körpüsü haqda qısa məlumat
Xudafərin körpüləri qısa məsafələrlə Araz çayı üzərində inşa edilib. Birinci körpünün uzunluğu 160 metrdir (hazırda onun 120 metri İrana, 40 metri isə Azərbaycan Respublikasına aiddir.) Bu körpü Sasanilər dövrünün (qədim İran şahlığının son dövrü) memarlıq üslublarına əsaslanır və Səlcuqilər dövründə (hicri-qəməri VI əsr) yenidən qurulduğu bildirilir. Körpü Sasanilər dövrünə aid olan Qeysər-Şuştər körpüsünə çox bənzəyir.
Birinci körpü qeyr-bərabər və bir-birinə oxşamayan 15 sivri və aypara biçimli tağlardan ibarətdir. Tağların qeyri-bərabər olmamasın səbəbi onların təməllərinin Araz çayı fonundakı təbii qayaları üzərində inşa edilməsidir. Bu körpü 1828-ci ildə Türkmənçay müqaviləsindən sonra iki sahilə birləşən hissədən partlayıb.
Bəzi mənbələr qeyd edirlər ki, bu körpünün ilk inşaatçısı Peyğəmbərin (s) səhabəsi Bəşir ibn Abdullahdır və o, İslamı Qafqaza çatdırmaq məqsədilə Sasanilərə aid memarlıq üslubu ilə körpünü tikmişdir. Körpü İslam dövründən Qacarlar dövrünə kimi yük və ticarət mallarının mübadiləsində əhəmiyyətli rol oynamışdır.
Uzunluğu 120 metr olan  ikinci Xudafərin körpüsü iki tağdan təşkil olunub və İranda Səfəvilər dövrünə aiddir. Onun tikinti materialları yonulmuş daşlardan, gips və əhəng məhlulundan ibarətdir.
Çayın hər iki sahilində qaravulxanalar (gözətçi postları) tikilib. Şimal qaravulxanası çaydan hündür bir yerdə inşa edilib və hal-hazırda camaat arasında Qız qalası adlanır. Cənub qaravulxanası da daş körpü ilə üzbəüz və çox möhkəm şəkildə tikilib.
İran və Arazın o tay ərziləri arasında bir çox acı və şirin hadisələrin şahidi olmuş bu körpülər dostluq və bağlılıq simvolları sayılır. Həmin səbəbdən 24 fevral  1998-ci ildə böyük körpü 1858, kiçik körpü isə 1859 nömrələri ilə milli abidələr siyahısına daxil edilmişdir.
Son vaxtlarda Mədəni İrs və Turizm Araşdırmaları Mərkəzinin rəhbəri Müsəyyib Əmiri Şərqi Azərbaycandakı Xudafərin tarixi körpülərini ziyarət edərkən, bu körpülərin bərpasını və qorunmasını İranla Azərbaycan Respublikası arasında ortaq bir məqsəd olaraq təqdim edərək dedi: “Xudafərin Su Anbarının ətrafındakı işlərin təmiri, yenidən qurulması və köçürülməsi xərcləri Energetika Nazirliyinə həvalə olunsa da, bu tədbirlər başa çatmamışdır.”
Əlirza Dəşti, Azərbaycan tarixi üzrə ekspert
  • Yazılıb
  • da (də) 2021 Oct 20
  • Göndərən جهان کمالی