Tarix : 2021 Oct 20
Kod 61813

Tehran Rusiyadan hərbi qırıcılar və vertolyot alacaq

İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Rusiya səfərinin məhsuldar olduğunu bildirib.

Arannews :iran Silahlı Qüvvələri Baş Qərargah rəisi Rusiya səfərinin məhsuldar olduğunu bildirib.
general-leytenant Məhəmməd Baqiri Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisi Valeri Gerasimovla danışıqların sonunda IRIB-ə verdiyi müsahibədə deyb: “Önümüzdəki üç ayda Tehranda iki ölkə arasında təlim, əməliyyat fəaliyyəti və kəşfiyyat sahəsində əməkdaşlığın müxtəlif aspektlərini araşdıracaq İran və Rusiya birgə hərbi komissiyasının iclası keçiriləcək”.
 İran-Rusiya əməkdaşlığının son illərdəki inkişafından danışan Məhəmməd Baqiri bunları söyləyib: ”Hərbi və müdafiə əlaqələri son illərdə əhəmiyyətli dərəcədə genişlənib və ümid edirik ki, bu əməkdaşlıq yolu davam edəcək”.
O, həmçinin terrorla mübarizədə Tehran və Moskvanın əzmkarlığını vurğulayıb.  
İki ölkə arasında komandanlıq və siyasi səviyyədəki əməkdaşlığa toxunan Baqiri söhbətinin davamında İslam İnqilabının Aliməqamlı Rəhbəri və İran İslam Respublikası prezidentinin Rusiya ilə əlaqələrin inkişafına xüsusi yer verdiyini qeyd edib.  
Bundan əlavə, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi bildirib ki, Tehran Rusiya qırıcıları və vertolyotlarının alınması dair rəsmi Moskva ilə danışıqlar aparır.

  • Yazılıb
  • da (də) 2021 Oct 20
  • Göndərən جهان کمالی