Tarix : 2021 Oct 21
Kod 61818

İran 4000 şəhidi ilə narkotik maddələrlə mübarizədə dünyada liderdir

İskəndər Mömini: “Azərbaycan Respublikası rəsmilərinə tövsiyə edirəm ki, ictimai rəyə və öz xalqının fikirlərinə hörmətlə yanaşsın. Hər kəs beynəlxalq təşkilatlarda kiçik bir araşdırma ilə İranın narkotik maddələrlə mübarizədə yerinin hansı olduğunu görə bilər.”
Arannews :Narkotik Maddələrlə Mübarizə Qərargahının baş katibi İ. Mömini “Narkotik Maddələrlə Mübarizə Strateji Çevrilmə Proqramının Prosesi” peşəkar konfransda İran İslam Respublikasının dini əhkamlara uyğun olaraq narkotik maddələrin bütün aspektləri ilə mübarizə apardığını vurğulayaraq deyib: “BMT-nin rəsmi statistikasına görə, tiryəkin 90%, morfinin 72% və heroinin 20% -nin aşkarlanması İran İslam Respublikasının payına düşür. İslam İnqilabının qələbəsindən sonra narkotik maddələrlə mübarizədə indiyə kimi 4 min şəhid, 12 min yaralı və qazi təqdim etməsi, İranın dünyada narkotik maddələrlə mübarizədə lider olduğunu göstərir. Biz təhlükəsizliyi bütöv görürük. Ona görə də narkotik maddənin harada və kimi aludə etməsindən asılı olmayaraq, İran onunla mübarizə aparır.”
Mömini açıqlamasının davamında deyib: “İran nə istehsal mənbəyidir, nə istehlak nöqtəsidir, nə də narkotik yolu keçən yeganə ölkədir. Onda necə olur ki, İran 1177 ton narkotik maddə aşkar edir, son məqsəd marşturunda dayanan ölkə isə 0.2 faizdən az, yəni yalnız 2 ton aşkarlaya bilir. Bu çox ciddi bir sualdır: Narkotik maddələr bu ölkəyə çatdıqda uçurmu?”
Mömini qeyd edib ki, həbs edilmiş beynəlxalq qaçaqçılardan biri deyirdi: Siz nə üçün narkotik maddələrlə mübarizədə canınızdan keçirsiniz? Bizim əsas çətinliyimiz sizin ölkənizdir. Elə ki, sizin ölkənizdən keçə bildik, (digər ölkələrdə) çox asanlıqla keçid, yaxud pay haqqı ödəyirik.
Narkotik Maddələrlə Mübarizə Qərargahının baş katibi deyib: “İran da çox asanlıqla bir sıra ölkələr kimi belə edə bilərdi və belə bir hərəkətə yol versəydi, indi qərb ölkələrində hansı vəziyyətin yaşandığı aydın olardı. “İran İslam Respublikası narkotik maddələr qaçaqmalçılığı edir” deyən və ölkəsinin tranzit yolu üzərində dayandığı halda  aşkarlamaları 0.2 faizdən də az olan rəsmisi bu suala cavab verməlidir.”
Narkotik maddələrlə mübarizə rəsmisi vurğulayıb: “İran İslam Respublikasının narkotik maddələrlə necə mübarizə aparması, dünyada hansı yerdə dayanması haqda sənədlər mövcuddur. Habelə ötən bir neçə ildə BMT dəfələrlə rəsmi şəkildə İrana təşəkkür etmişdir. Azərbaycan Respublikası rəsmilərinə tövsiyə edirəm ki, ən azından ictimai rəyə və öz xalqına hörmətlə yanaşsınlar. Hər kəs beynəlxalq təşkilatlarda kiçik bir araşdırma ilə İranın narkotik maddələrlə mübarizədə yerinin hansı olduğunu görə bilər.”
Mömini bildirib ki, İrana qarşı zülmkar sanksiyalara və korona vəziyyətinə baxmayaraq, BMT etiraf etmişdir ki, İran İslam Respublikasının narkotik maddələrlə mübarizəsi digər ölkələrdə olduğu kimi azalmamışdır, əksinə, artmışdır. Biz bu mübarizəni davam etdirəcəyik.
Narkotik Maddələrlə Mübarizə Qərargahının baş katibi sonda qeyd edib ki, BMT-nin təqdir və təşəkkürləri yalnız dildə olmamalıdır, çünki bizim belə təşəkkürlərə ehtiyacımız yoxdur və sanksiyalara məruz qalmış ölkəyə kömək etməlidir.
Mənbə: Təsnim

 
  • Yazılıb
  • da (də) 2021 Oct 21
  • Göndərən جهان کمالی