Tarix : 2021 Oct 22
Kod 61820

Region ölkələrinin, xüsusilə də Azərbaycanın başçıları gələcəyə baxmalıdırlar

İranın Azərbaycandakı keçmiş səfiri Məhəmməd Baqir Bəhrami: Region ölkələrinin xüsusilə də Azərbaycanın başçıları gələcəyə baxmalıdırlar. Amerika və İsrailin sahəsində oynamamalıdırlar.
Arannews : Biz regionun hər yerində Amerika və İsrailin şıllaq atmalarını idarə edə bilərik.
İranın Azərbaycandakı keçmiş səfiri Məhəmməd Baqir Bəhrami “13 aban” muzeyində keçirilmiş “Qafqaz regionundakı proseslərin araşdırılması” iclasında dedi: Amerikanın rəhbərlik etdiyi Qərb bloku və SSRİ-nin rəhbərlik etdiyi Şərq blokunun güc yaratma komponentləri yeni dünya quruluşunda müvazinəti sabitləyə biləcək komponentlər deyildi. Buna görə də, ifrat və səhlənkarlıq bu ölkələrin məğlubiyyəti və məhvinə səbəb oldu. Belə ki, bu ölkələr ifrat və səhlənkarlığa o qədər düçar oldular ki, SSRİ dağıldı.
Bəhrami bildirdi: SSRİ dağıldıqdan sonra, Amerikanın başçılıq etdiyi Qərbin təsəvvürü bu idi ki, dünya təkqütblü olmuşdur. Lakin, Asiyanın qərb regionunda, yəni İranda zati, strateji və ideologiya əsasında qurulmuş bir dəyişiklik baş verdi. Qərbin gələcək araşdırmaçıları da təsəvvür etmirdilər ki, İran belə əsaslı və quruluş dəyişikliyilə öz siyasi strukturunda dəyişikliyə düçar olsun.
İranın Azərbaycandakı keçmiş səfiri əlavə etdi: Şərq quruluşunda dini xalqların tiryəki sayırdılar. Qərb quruluşunda da din irticaçılıq amili sayılır. Buna görə də, beynəlxalq arenada din tamamilə yadlaşmışdı. Amma, İslam İnqilabının qələbəsilə, din haqqında bütün bu strategiya və proqnozlar sıradan çıxdı. Belə ki, demək olar ki, 3-cü minillik İlahi dinlərə məxsusdur. Çünki müasir dövrə qədər humanizm, liberalizm və neo-liberalizm kimi cərəyanlar sınaqdan çıxmış və  artıq ümumi düşüncə üçün qəbul edilməzdirlər.
O, Amerikanın İraqdan qaçmasına işarə etdi və dedi: İnşaallah Yəmən Ənsarullahının “Məərib” şəhərini də fəth etməsilə, Qərbi-Asiya prosesləri öz pik nöqtəsinə yaxınlaşacaq və Amerikanın regional hegemonluğu sona çatacaqdır.
Bəhrami İsrailin bu gün “bir hücum əvəzinə min yara” doktorinasını qarşıya məqsəd qoyduğunu bildirərək, dedi: İsraillilər çalışırlar ki, müxtəlif addımlarla, o cümlədən şiə və sünni arasında təfriqə yaratmaq və ixtilaf icad etməklə öz hədəflərinə çatsınlar. Belə olduqda, demək olar ki, Qafqaz məsələsini bir neçə yük maşını ilə ölçmək olmaz. Çünki bu problem Ermənistanda bir yol çəkməklə həll olacaqdır. Məsələ budur ki, istismarçı quruluş dünyada öz hegemonluğunun məhv olmasına şahid olur. Bu hegemoniyanın məhvindəki təsirli amillərdən biri də İran İslam İnqilabı sayılır. Deməli, İslam İnqilabı ilə mübarizə aparmağın yollarından biri də budur ki, Qafqazda geosiyasi arena və ya Qafqazın cənubi torpaqlarındakı səhnə dəyişilsin ki, NATO-nu Orta Asiya ölkələrinə yerləşdirə bilsin.
İranın Azərbaycandakı keçmiş səfiri İran İslam Respublikasının heç bir vəchlə Qafqazda və ya hər hansı başqa bir yerdə sərhədlərin dəyişdirilməsini qəbul etməyəcəyini vurğulayaraq, əlavə etdi: İran həmişə Azərbaycanın ərazi bütövlüyünü rəsmi olaraq tanımışdır. Hətta, bu ölkənin Ermənistanıa son müharibəsində də inqilabın böyük rəhbəri ağıllı və strateji bir bəyanat verdi.
Bəhrami İslam ölkələrinin başçılarının, xüsusilə Azərbaycan və Türkiyənin başçılarının Amerika və İsrailin tərəfindən oynamamaqda diqqətli olmasını vurğulayaraq, əlavə etdi: 40 ildən sonra da İranın prezident seçkilərində müqavimətin qələbələri də Qərbin və Qərb ölkələrinin daxili agentlərinin bədəninə sancılmış zəhərli ox idi. Çünki bu gün ölkəmizdəki üç qüvvə konstitusiyanın Vilayəti-fəqih maddəsilə harmoniyadadırlar. Bu məsələ düşmənin naümidliyinə səbəb olmuşdur. Buna görə də ölkə daxilində və regionda böhran yaratmağa çalışırlar. Lakin İranın bu böhranları idarə etməyə qüdrəti var.
İranın Azərbaycandakı keçmiş səfiri 13-cü dövlətin siyasətinin ilk növbədə qonşu və İslam ölkələrilə, növbəti addımlarda Çin və Rusiya kimi ölkələrlə əlaqələri gücləndirmək olduğuna işarə edərək xatırlatdı: Azərbaycan əhalisinin təqribən 90 faizi şiədir. Belə olduqda, biz bu ölkənin əhalisilə ən çox ortaq dəyərlərə malikik. Misal olaraq, biz mədəni və tarixi sahədə Azərbaycanla ortaqıq. Və yaxud, ölkəmizin bir hissəsinin dili Azərbaycanla eynidir. Habelə, İranın Azərbaycanla 700 km-dən artıq quru və su sərhədi var. Bundan əlavə, İran indiyə qədər Azərbaycana çoxlu yardımlar etmişdir. Buna görə də, bu yardımları görməzdən gəlmək qədirbilməzlik və insafsızlıqdır.
O dedi: Diqqət etmək lazımdır ki, Amerikanın süqutu mütləqdir və digər tərəfdən də İsrail məhvə məhkumdur. Region ölkələrinin xüsusilə də Azərbaycanın başçıları gələcəyə baxmalıdırlar. Amerika və İsrailin sahəsində oynamamalıdırlar. Bu yanaşma mütləq onların özlərinin və ölkələrinin xeyrinə olacaqdır. Əlbəttə, bu ölkələrin xalqları da İran əleyhinə atılan addımlardan razı deyillər.
Bəhrami bildirdi: Bizim diqqətimiz yayınmır. Amerika və İsrailin şıllaq atmalarını regionun hər bir yerində idarə edə bilərik. Elə isə, yaxşı olar ki, region ölkələri öz xalqlarına arxalansınlar.
İranın Azərbaycandakı keçmiş səfiri “İslam mədəniyyətinin mütləq reallaşacağını, lakin müsəlmanlar vəhdət və agahlıqla düşmənin planlarından ehtiyyatlı olmalıdırlar” deyərək, əlavə etdi: İran Amerikadan çoxlu zərbələr almışdır. Buna baxmayaraq, bizim bu gün müsəlmanları, xüsusilə də ölkəmizi zəiflədəcək quruluşlarla kompilimentimiz yoxdur. Əlbəttə, dövlət bütün qonşulara dostluq əli uzatmışdır və bu yanaşmaya inanır.
Mənbə: Tələbə İnformasiya Agentliyi

 
  • Yazılıb
  • da (də) 2021 Oct 22
  • Göndərən جهان کمالی