Tarix : 2021 Oct 23
Kod 61823

Avropa qurumlarının “Dağlıq Qarabağ münaqişəsi” ifadəsinə etiraz edilib

Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova Afinada ATƏT Parlament Assambleyasının sədri Marqareta Sederfelt ilə görüşündə beynəlxalq qurumların təmsilçiləri tərəfindən “Dağlıq Qarabağ münaqişəsi” ifadəsinin işlədilməsinə etiraz edib.
Arannews :Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova Afinada ATƏT Parlament Assambleyasının sədri Marqareta Sederfelt ilə görüşündə beynəlxalq qurumların təmsilçiləri tərəfindən “Dağlıq Qarabağ münaqişəsi” ifadəsinin işlədilməsinə etiraz edib. 
Azərbaycan Respublikası Milli Məclisinin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadla verdiyi məlumata görə, spiker “Dağlıq Qarabağ münaqişəsi” ifadəsinə istinad etməyin yolverilməz olduğunu bildirib. 
S. Qafarova qeyd edib ki, Azərbaycan ötən il 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərlə öz ərazi bütövlüyünü bərpa edib. Artıq Dağlıq Qarabağ münaqişəsi həmişəlik tarixə qovuşub.
  • Yazılıb
  • da (də) 2021 Oct 23
  • Göndərən جهان کمالی