İranın dövlət başçısı Seyid İbrahim Rəisi Azərbaycan Prezidenti İlham Əliyevə Məhəmməd peyğəmbərin (s) mövludu və Vəhdət Həftəsi münasibətilə təbrik məktubu göndərib.
Arannews : xəbər verirki İranın ölkəmizdəki səfirliyindən verilən məlumata görə, məktubda deyilir: "Allahın böyük Peyğəmbəri Həzrəti Məhəmməd Mustafanın (s) mövludunun ildönümü, eləcə də bütün müsəlmanların arzusu və Peyğəmbər ümmətinin hədəfi olan Vəhdət Həftəsi münasibətilə Sizi və ölkənizin xalqını ən səmimi şəkildə təbrik edirəm. Bu mübarək və məsud günlərdə Allahın Rəsulundan (s) gözəl nümunə götürərək, İslam dininin müştərək dəyərlərinə söykənərək iman qardaşları kimi iradə nümayiş etdirməklə İslamın yüksəlişi və rəhmət Peyğəmbərinin yolunun təbliği ilə bağlı davamlı və güclü əlaqələrimizin yaradılması istiqamətində ciddi addımlar atacağımıza ümidvar olduğumu bildirirəm. Uca Allahdan Zati-alinizə möhkəm cansağlığı və müvəffəqiyyətlər, Azərbaycan xalqına isə izzət və başucalılığı diləyirəm".