Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) tanınmış və nüfuzlu bir ruhaninin həbsinə etiraz edib.
Arannews :AXCP Sədri Əli Kərimli bu barədə bildirib ki, Azərbaycanda günahsız insanlar məhbəsə atılır və hakimiyyət İranın acığına bəzi inanclı vətəndaşlarını həbs edib. Yaxşı haldır ki, saxlanılanlardan tanınmış ilahiyyatçı Hacı İlqar tez azad olundu. Ancaq digərləri hələ həbsdədir. Həbs olunanlardan biri Hacı Sərdar Hacıhəsənli daha əvvəl də 3 illik siyasi məhbus həyatı yaşayıb. Hökumət səhvini düzəldib Hacı Sərdar və digər günahsız dindarları azad etməlidir.
AXCP sədrinin müavini Seymur Hezi isə öz Facebook paylaşımında hökumətin hər dəfə toplumun bir zümrəsinə "agent" adı ilə hücum etməsini dövlətin əsaslarını sarsıdan addım kimi xarakterizə edib. “Azərbaycanda agentura şəbəkələri varsa, bunların ən böyüyü Rusiyaya aiddir. Amma oradan hələ ki, heç kimi tutmayıblar. Dövlətçiliklə bağlı sağlam mövqeyi olan ruhaniləri sırf hökumətə müxalifdirlər deyə həbs etmək yolverilməzdir. Sərdar Hacıhəsənli ilə zindanda xeyli ünsiyyətim olub. O bir Rəsulzadə sevdalısıdır, necə İran dövlətinə bağlı ola bilər?
Xatırladaq ki, Şeyx Sərdar Hacıhəsənli barədə CM-nin 274-cü maddəsi yəni vətənə xəyanət maddəsi ilə 4 ay həbs qətimkan tədbiri seçilib.