Tarix : 2021 Oct 27
Kod 61838

Səfir öz etimadnaməsini İranın hökumət başçısına təqdim edib

Azərbaycan səfiri öz etimadnaməsini İranın hökumət başçısına təqdim edib.

Arannews :Oktyabrın 25-də Azərbaycan Respublikasının İran İslam Respublikasına təyin olunan fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadə etimadnaməsini Prezident İbrahim Rəisiyə təqdim edib.
Təqdimatdan sonra keçirilən görüşdə Azərbaycan ilə İran arasındakı əlaqələrin inkişafı perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Bundan əvvəl Əli Əlizadənin etimadnaməsini İran XİN rəhbəri Hüseyn Əmir-Abdullahian qəbul etmişdi.

  • Yazılıb
  • da (də) 2021 Oct 27
  • Göndərən جهان کمالی