"Hacı Cavad" məscidinin keçmiş axundu, oktyabrın 25-də günorta saxlanılmış ilahiyatçı Əhliman Rüstəmov gecəyarısı sərbəst buraxılıb. Bu barədə onun yaxınları məlumat veriblər.
Rüstəmov Dövlət Təhlükəsizliyi Xidmətində dindirilib. Təfərrüatlar açıqlanmır.
Qeyd edək ki, son günlər bir neçə ilahiyyatçı qısamüddətli həbslərə məruz qalıb.
Bununla yanaşı, "Azərbaycanın din xadimləri" birliyinin üzvü və maide.az saytının baş redaktoru Sərdar Babayevə Azərbaycan Cinayət Məcəlləsinin 274-cü maddəsilə (dövlətə xəyanət) ittiham irəli sürülüb.