Tarix : 2021 Oct 27
Kod 61839

İlahiyyatçı Əhliman Rüstəmov sərbəst buraxılıb

İlahiyyatçı Əhliman Rüstəmov sərbəst buraxılıb

"Hacı Cavad" məscidinin keçmiş axundu, oktyabrın 25-də günorta saxlanılmış ilahiyatçı Əhliman Rüstəmov gecəyarısı sərbəst buraxılıb. Bu barədə onun yaxınları məlumat veriblər.
Rüstəmov Dövlət Təhlükəsizliyi Xidmətində dindirilib. Təfərrüatlar açıqlanmır.
Qeyd edək ki, son günlər bir neçə  ilahiyyatçı qısamüddətli həbslərə məruz qalıb.
Bununla yanaşı, "Azərbaycanın din xadimləri" birliyinin üzvü və maide.az saytının baş redaktoru Sərdar Babayevə Azərbaycan Cinayət Məcəlləsinin 274-cü maddəsilə (dövlətə xəyanət) ittiham irəli sürülüb.

 

  • Yazılıb
  • da (də) 2021 Oct 27
  • Göndərən جهان کمالی