Tarix : 2021 Oct 30
Kod 61847

Azərbaycanda tenderlər yalnız kağız üzərində keçirilir

Azərbaycanda və işğaldan azad olunmuş ərazilərlə bağlı elan olunmuş tenderlərin şəffaf keçirilirmədiyi bildirilir.

Arannews :bu il martın sonunda işğaldan azad olunan ərazilərin bərpası ilə bağlı 6 tender elan edilib. Vahid dövlət satınalmaları portalının açıqladığı məlumata görə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həmin 20 milyon manatlıq tenderi açıq tender yolu ilə deyil, təkliflər sorğusu ilə həyata keçirilib. Üstəlik, təklifləri hazırlamaq üçün iştirakçılara cəmi 4 gün vaxt verilib, təkliflər sorğusunda iştirakçıların sayı və təkliflər açıqlanmayıb. Yalnız qaliblərin adları və görüləcək işlərin həcmi açıqlanıb.
İqtisadçı, iş adamı Nazim Bəydəmirli bildirib: “Cəmiyyət başa düşməyə başlayıb ki, Qarabağı azad etdikdən sonra korrupsiyadan qurtulmayacaq: «Korrupsiya daha böyük məbləğlərdə davam edir. Azərbaycanda tenderlər yalnız kağız üzərində keçirilir, bəzən heç kağız üzərində də baş vermir. Türkiyənin elə şirkətləri var ki, onların şəffaflığı ilə bağlı Türkiyə cəmiyyəti həyəcan təbili çalır, o şirkətlər Qarabağda əsas söz sahiblərinə çevrilirlər. Tikinti-quruculuq işlərinə töhfə verə bilən öz şirkətlərimiz isə kənarda qalır. Türk şirkətlərinin necə tenderin qalibi olması ilə bağlı suallar ünvanlanmalıdır. Bu tenderlər bizdə şübhə doğurur».
Ekspert qeyd edib ki, tenderlər və dövlət satınalmaları üzərində ictimai nəzarət güclənməsə, tenderlər qeyri-şəffaf olacaq.

  • Yazılıb
  • da (də) 2021 Oct 30
  • Göndərən جهان کمالی