Azərbaycan Cümhuriyyəti xakqı bu diyarın şiə mübarizələri tarixi boyu öz əsil şiə kimliklərini qoruyub saxlamaq yolunda ən çətin və məkrli əngəllərlə mübarizə apararkən, Azərbaycan Cümhuriyyətinin mədəniyyət paytaxtı  Şuşa məscidində Türkiyə  Dini Qurumunun rəhbəri Əli Ərbaş, bu diyarın tarixində ilk olaraq  türk və  sünni üslublda Əmirəl-möminin (ə) vilayətinə şəhadət vermədən rəsmi və nümayişkaranə olaraq azan səsləndirib!!
  َArannews- Həmçinin Qafqaz Müsəlmanları İdarəsinin sədri Allah Şəkür Paşazadə Əli Ərbaşın imamətinə qılınan camaat namazında Türkiyə Dini Qurumunun rəhbərinə iqtida edib.
Son aylarda Ali Rəhbərin Bakıdakı nümayəndəsi Höccətülislam Əli Əkbər Əcəqnejadın imamlığı ilə camaat namazını qıldığı üçün Allah Şakur Paşazadəyə qarşı sərt hücumlar və təhqirlər yağdıran Bakı mediası bu dəfə Əli Ərbaşın imamətinə iqtida edən Allah Şakur Paşazadəni nümunə göstərib. 
Artıq bir ildən çoxdur ki, Türkiyə hökumətinin pantürkist və dünyəvi mərkəzləri Azərbaycan Respublikasını sünniləşdirmək üçün rəsmi və simvolik tədbirlərlə yanaşı, Dağlıq Qarabağ münaqişəsindən də sui-istifadə edib, təkfirçi və terrorçu ünsürlərdən ibarət qrupların Azərbaycan Respublikasına köçürülməsi ilə yanaşı, Azərbaycan Respublikasını sünniləşdirmək planında  dərialtı tədbirlər də həyata keçirirlər . Azərbaycan Respublikasının sünniləşdirilməsi kimi məkrli siyasət  və həmçinin bu ölkədə şiə adlı azğın məzhəbin (Ziddoş şiəliyi)   yaradılması da sionist mərkəzlərin siyasi, fikri və təşkilati dəstəyini və xeyir duasını alıb.