Tarix : 2021 Nov 01
Kod 61853

Türkdilli ölkələri baş prokurorları Bakıya gəlir

Türkdilli ölkələri baş prokurorları Bakıya gəlir 12 Punto 14 Punto 16 Punto 18 Punto Noyabrın 1-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Dövlətlərin Baş Prokurorları Şurasının ilk iclası keçiriləcək.

Arannews-Bu barədə Hedef14.org Baş Prokurorluğa istinadən xəbər verir.İclas çərçivəsində, həmçinin ikitərəfli və çoxtərəfli görüşlər də nəzərdə tutulub.
Qeyd edək ki, iclasda iştirak edəcək Türkiyə, Özbəkistan və Qırğız Respublikalarının Baş Prokurorları, Qazaxıstan Respublikasının Baş prokurorunun birinci müavini, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibinin müavini, Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti və digər qonaqlar bugün Heydər Əliyev adına Beynəlxalq Hava Limanında qarşılanacaqlar.
Məlumat Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən təsdiq edilib.

  • Yazılıb
  • da (də) 2021 Nov 01
  • Göndərən جهان کمالی