Tarix : 2021 Nov 02
Kod 61855

Azərbaycanda uşaqlara ən çox islami adlar verilir

Bu ilin on ayı ərzində Azərbaycanda uşaqlara ən çox qoyulan adlar məlum olub.

Arannews :uşaqlara qoyulan adlar arasında ilk onluğu təqdim edir.
Belə ki, ötən müddət ərzində oğlan uşaqlarına ən çox verilən ad Əli olub. Bu ad il ərzində 1 299 uşağa qoyulub.
Beləliklə, yanvar-oktyabr aylarında Əli adı uşaqlara verilən adlar arasında öz populyarlığını qoruyub saxlayıb.
Bundan əlavə, doğumu qeydə alınan körpələrdən oğlan cinsindən olanlardan 1243-nə Yusif, 1239-na Hüseyn, 1189-na Uğur, 886-na Məhəmməd, 790-na Ömər, 692-nə Murad, 591-nə Raul, 553-nə Tunar və 552-nə isə Ayxan adı verilib.
əmçinin qız uşaqları arasında Zəhra adı birinciliyi qoruyub. Bu il ərzində bu ad 1 312 uşağa verilib.
ndan əlavə, doğumu qeydə alınmış körpələrdən qız cinsi olanlardan 1 041-nə Zeynəb, 985-nə Məryəm, 951-nə Aylin, 931-nə Fatimə, 887-nə Mələk, 777-nə Nilay, 767-nə Nuray, 666-na İnci və 598-nə isə Mədinə adı qoyulub.
Beləliklə, bu ilin yanvar-oktyabr aylarında uşaqlara ən çox qoyulan adlar Əli və Zəhra olub.

  • Yazılıb
  • da (də) 2021 Nov 02
  • Göndərən جهان کمالی