Tarix : 2021 Nov 03
Kod 61858

Göy məscid – İran – Təbriz

İranda hər biri incəsənət və memarlığın şah əsəri sayılan çoxlu möhtəşəm məscidlər vardır və onları ziyarət edərkən insan mənəvi hislərlə dolur. Həmin tarixi və əzəmətli məscidlərdən biri də Göy məsciddir (Məscedi-Kəbud).
Arannews :Təbrizdə yerləşən bu məscid İranın İslamdan sonrakı memarlıq üslubunu ən gözəl şəkildə nümayiş etdirən və dünyada azsaylı göy məscidlərdən biridir.
Cahanşah məscidi də adlanan Göy məscid hicri IX əsrdə Qaraqoyunlular dövrünə aid tarixi məscidlərindən sayılır.
Göy məscid, girişindəki kətibəyə əsasən, hicri-şəmsi 845-ci ildə, Qaraqoyunlu sülaləsinin ən qüdrətli hökmdarı Sultan Cahanşahın dövründə onun qızı Salehə xanımın göstərişi ilə tikilmişdir.
Məscidin əsas girişində kaşı ilə işlənmiş kətibə 870-ci qəməri ilində bərkilidlmişdir. Məscidin bu və digər kətibələri 9-cu əsrin məşhur xəttatı Nemətullah əl-Bəvvabın dəsti-xəttidir, iş icraçısı və nəzarətçisi isə İzzəddin bin Malik Qapuçi olmuşdur.
Kaşıların rəngarəngliyi və incəliyi, orada istifadə olunan xətlərin növləri, xüsusən də mozaika kaşılarının tünd göy rəngi (İran mavisi), istifadə olunan formalar və dizaynlar, eləcə də rənglərin gözəlliyi və harmoniyası onun “İslamın firuzəsi” kimi tanınmasına səbəb olmuşdur.
İrandakı əksər məscidlərdən fərqli olaraq tünd göy rəngdə olması da, onu unikal etmişdir.
Göy məscid 1931-ci ildə milli abidə kimi qeydə alınıb. Bu unikal məscid keçmiş İran memarlığını təmsil edir və  Qaraqoyunlular hakimiyyəti dövründən onların paytaxtı Təbrizdə qalmış yeganə əsərdir.

 
  • Yazılıb
  • da (də) 2021 Nov 03
  • Göndərən جهان کمالی