Tarix : 2021 Nov 03
Kod 61859

Sionistlərin İran əleyhinə min xəncər planı Qarabağ prizmasından reallaşmayacaq

Min xəncər və ya İranın tədrici ölümü planı əsasında sionistlərin Qarabağ məsələsindən də İran əleyhinə bir xəncər kimi istifadə etmək istəmələri, xəyaldan başqa bir şey deyil və reallaşmayacaq.
“Arannews :Min xəncər” layihəsi sionist rejim olan İsrailin başçılığı ilə bəzi region və beynəlxalq dövlətlər arasında İran İslam Respublikasını sıradan çıxarmaq üçün irəli sürülmüşdür. Planın məqsədi də, müxtəlif ölkələrdən, xüsusilə İranla sərhəd ölkələrdən istifadə etməklə İİR-nın qüdrətini zəiflətməkdir. Regiondakı yeni proseslərə əsasən, İİR bəzi uzunmüddətli regional hədəflərlə öz gücünü artırmaq mərhələsindədir. Bunu başqa güclər bəyənmir. Onların fikrincə, hal hazırda İran kimi bir ölkə regionun üstün gücü kimi rəftar etməməlidir. Buna görə də, başqa ölkələr sionist rejim olan İsrailin başçılığı ilə İran İslam Respublikasının gücünü azaltmaq yolunda regional ittifaqlar yaratmış və mövcud olan bəzi ideologiyalar əsasında yeni vasitələrdən istifadə edirlər. Belə bir şəraitdə, Qarabağ məsələsini də min xəncər layihəsi və onun pazllarını yerinə oturtmaq üçün münasib fürsət sayırlar. Əlbəttə, hər halda bəzi ölkələr bu layihəyə qoşulmağa hələ də maksimum şəkk-şübhə ilə baxırlar.
Bu pazlın başçıları olan sionist rejimin rəsmiləri Neftali Benetin ABŞ prezidenti ilə son görüşündə, “İranın min xəncər strategiyası ilə tədrici ölümü” planını açıqlamışlar. Belə ki, İsrail və müttəfiqləri müxtəlif tərəflərdən İrana doğru xəncər atacaqlar. Hətta, yayılmış bəzi xəbərlərə əsasən, İranın nüvə təsislərinə zərbələr vurmaq və ya bəzi daxili təxribatlar yaratmaqdan söz açmışlar. Onların məqsədi nəinki İranın sülhməramlı nüvə gücünü məhv etmək, hətta İranın regional proqramlarının dayandırılması üçün hər bir vasitədən istifadə etməkdir.
“Min xəncər” layihəsindəki qərəzli düşmənlərin dəstəklədiyi vasitələrin biri də, pantürkizm və İŞİD kimi yeni yaranmış ideologiyaları ətraflarına toplamaqdır. Maraqlı burasıdır ki, bu xırda ideologiyaların əksəriyyəti çox radikal və ifratçıdırlar. Onlar təkfirçi və təəssübkeşlərin tarixi sünnəsinin əksinə bir yol seçmilər. Yəni, praktikanın nəzərdən üstünlüyü, yaxud qüdrətin ideologiyadan üstünlüyü. Bu da, sözügedən məsələdə bəlkə Qərb dünyasının istiqamətləndirməsinin imzasını göstərir. (Necə ki, Hillari Klinton İŞİD təfəkkürünün Amerika institutlarında yaradıldığını etiraf etdi.)
Amma, sözügedən məqsədin (“min xəncər” doktrinası) əsas nöqtəsi olan İranın regional hədəfləri; onların ən mühümlərindən biri “Yeni İslam Sivilizasiyası” prosesidir. Bu da, onların Yaxın Şərqin xəritəsinin dəyişdirilməsi üçün cəhd etdikləri “Yeni Dünya Quruluşu” proyektinin əksinədir.
Bu iki yanaşmanın fərqi, onun hədəflərində gizlidir. Regional ittifaqın başçıları bu məsələdən agah olmalıdırlar ki, əvvəla yeni sivilizasiya ağıl (hətta Hegel kimi qərb mütəfəkkirlərinin nəzərindən: son və rasional dövlət), İlahi (peyğəmbərlərin bütün səmavi kitablarında qeyd olunub) və tarixi bir məsələdir və bu proses baş verməkdədir. Onların “yeni quruluş” planı ilə müqayisədə, “yeni İslam sivilizasiyası” bir proyekt deyil, bir prosesdir. Buna müxalif olanlar, onunla mübarizə aparmaq üçün hər yol və vasitədən istifadə etmək əzmindədirlər. Tarixi baxımdan, tarix boyunca qərəzli ölkə, sivilizasiya və mədəniyyətlərin İrana hücum etməsinə baxmayaraq, İranın bir xüsusiyyəti vardır; o da budur ki, bütün mədəniyyətləri öz mədəniyyəti içərisində əritməkdir. Hər halda, İranın regionda dərin nüfuzunun artması səbəbilə, indi düşmənlər  İran İslam Respublikasını qarışdırmaq üçün mədəni və ideoloji yollardan istifadə etməyə qalxmışlar və bu yolda hər bir xırda fürsətdən istifadə edəcəklər.
Əvvəldə işarə edildiyi kimi, Qarabağ məsələsi yadların gücünə bel bağlayan bəzi ölkələri bu ideya yolunda plan cızma və fəaliyyət göstərmək üçün cürətləndirmişdir. İranın qarşısındakı oyunçular bu fürsətdə pantürkizm və İŞİD kimi təfəkkürlərdən istifadə etmək istəyirlər ki, öz xəncərlərini mədəni və ideoloji baxımdan İrana tərəf atsınlar və beləcə İran üçün bəzi daxili və xarici problemlər yaratsınlar. Amma, bir az həqiqətləri görəcək formada baxsaq, bu şəraitdə hər bir ölkə öz mənafeyinə uyğun addım atacaq. Buna görə də, İsrail və bir ya iki başqa ölkənin “min xəncər” doktrinası üçün səs-küy yaratmaq üçün qızışmasına baxmayaraq, bu doktrinanın praktikada reallaşmayacağı aydın məsələdir. Qarabağ məsələsinin bu doktrina ilə calanmamasının çoxlu məntiqli və mənafe yönlü səbəbləri vardır ki, burada izah edəcəyik.
Birinci səbəb budur ki, onların diqqəti elə məntəqələrə yönəlib ki, tarixi baxımdan İran mədəniyyətinin bir hissəsidir. Hətta, bu qərəzli hərəkət İran üçün “yeni İslam sivilizasiyası” prosesi barədə bir fürsət də yarada bilər. Ola bilsin ki, onların bu qərəzli düşmənçiliyi baş verdikdə, bu prosesin Naxçıvan, Azərbaycan və hətta Qarabağda belə düşmənlər vasitəsilə imtiyazların yaranmasına səbəb ola bilər. Düşmənlərin bu qərəzli addımları ilə, yeni sivilizasiyanın ümmət yaratma prosesi öz mərhələlərini sürətlə irəliləyə bilər. Həmçinin, onların bu torpaqlardakı nadanlıq ucbatından atdıqları qərəzli addımları, o məntəqələrdə “yeni İslam sivilizasiyası”nın yayılmasını sürətləndirə və oradakı əhalinin əksəriyyətinin “yeni İslam sivilizasiyası”nın ağuşuna qayıtmasında xeyir səbəbi ola bilər.
İkincisi; Ali məqamlı rəhbər də ötən günlərdə İranın mövqeyini bəyan etmiş və “öz təhlükəsizliklərində başqalarından asılı olan şəxslər zərbə alacaqlar” deyə vurğulamışdır.
Üçüncüsü; bir tərəfdən İran və Səudiyyə Ərəbistanı əlaqələri və Ərəbistanla müzakirə ehtimalı, digər tərəfdən isə, İsrailin himayəçilərindən olan və bu layihəni dəstəkləməyən Co Baydenin mövqeyi, önə sürülmüş bu doktrinlə tamamilə ziddiyyətdədir.
Dördüncü məsələ isə, regionun əhli-sünnə ölkələrinin özləri arasındakı ideoloji ixtilaflardır. Misal olaraq, Qətər və Türkiyə “ixvan” yönümlüdürlər və ideologiya baxımından Ərəbistan və başqa sünni məzhəbli ərəb ölkələrilə fərqlidirlər. Deməli, bu məntəqənin əhli-sünnə qruplaşmalarının siyasətləri və ideologiyalarının öz içlərində ixtilafları vardır və eyni deyillər. Habelə, Ərəbistan bütün əhli-sünnə dünyasına rəhbərlik iddiasındadır və Türkiyə də Osmanlı imperiyasını dirçəltmək fikrindədir. Yenə də regionun mühüm gücləri sayılan iki aktiv ölkənin arasında ziddiyyət yarandığı görünür.
Beşinci məsələ: İŞİD və Taliban kimi qruplaşmaların da arasında ideolji baxımdan ixtilaflar mövcuddur. Xüsusilə İslam əmirliyi məsələsində. Talibanın fikrincə əmirlik Əfqanıstandadır, amma İŞİD əksinə olaraq, onu qloballaşdırmaq istəyir.
Son məsələ isə, Türkiyə üçün problem nöqtələridir: Əvvəla ictimai rəy və ermənilərin Türkiyə tərəfindən soyqırım edilməsinin özü, pantürkizm ideologiyası ilə qarşılaşmada ciddi mövzu sayılır. İkincisi; Türkiyə daxilindəki ələvilər və onlar tərəfindən problem yaradılması. Üçüncüsü; Azərbaycan əhalisinin çoxunun şiə olması və Türkiyə əhalisinin çoxunun əhli-sünnə olması. Bütün bunların hamısı Türkiyə və müttəfiqlər toplusu üçün “min xəncər” doktrinasının problemlərindən sayılır.
Nəticə olaraq qeyd etmək lazımdır ki, sionist rejim olan İsrailin başçılığı ilə yürüdülən “min xəncər və ya İranın tədrici ölümü” ideyası və hazırda da Qarabağ prizmasından məsələyə yanaşmaları, rasional və tarixi baxımdan xəyaldan başqa bir şey deyil. Habelə, mövcud qlobal və regional yanaşmalara əsaslanmır və nəticə də verməyəcəkdir. Bu doktrina üçün Qarabağ fürsəti kəsərsiz fürsət sayılır.
Keyha / Məryəm Xaliqinejad

 
  • Yazılıb
  • da (də) 2021 Nov 03
  • Göndərən جهان کمالی