Tarix : 2021 Nov 03
Kod 61861

Qondarma İsrail rejiminin baş naziri: İran bizim ətrafımızda yerləşib

Sionist rejiminin baş naziri bu rejimin İranla 30 illik soyuq müharibədə olduğunu qeyd edərək deyib: “İran bizim ətrafımızda yerləşib.”
Arannews :Ingiltərənin “Times” qəzetinə müsahibə verən Naftali Bennet deyib: “İran hal-hazırda uranı zənginləşdirmək qabiliyyətinin ən inkişaf etmiş mərhələsindədir.”
Bennet əlavə edib: “Biz İranla soyuq müharibədəyik. Son 30 ildə İran diqqətimizi yayındırmaq üçün bizim ətrafımızda yerləşib.”
Sionist rejiminin baş naziri İran əleyhinə çalışacaqlarını və İrandan bir neçə addım irəlidə olmaq üçün bütün enerjilərini innovasiyalarını, texnologiyalarını və iqtisadiyyatlarını sərf edəcəklərini iddia edib.
Bennet deyib ki, İsraildən əlavə, ABŞ və digər güclərin hərbi təhdidləri, diplomatik və iqtisadi təzyiqlərinin birləşməsi İrana aydın şəkildə sübut edir ki, İran uranı zənginləşdirməyə davam edərsə, bunun çox ciddi nəticələri olacaq və mən İranın öz sürətini azaldacağına və dayanacağına inanıram.
Qeyd edək ki, Naftali Bennet və onun kimiləri sərhədlərə yaxınlaşmaqla və İranla qonşu ölkələrin ərazisindən İrana zərər platforması, həm də canlı qalxan kimi istifadə etməklə, İranın tərəqqisinə mane ola biləcəklərini düşünürlər. Ancaq görünür, hələ də başa düşmürlər ki, İrana yaxınlaşmaqla, bu xərçəng şişi ilə əməkdaşlıq edən ölkələri bürüyə biləcək odla oynayırlar.
Tarix sübut etmişdir ki, İran dünyada heç vaxt müharibəni başlayan tərəf olmamışdır, lakin eyni zamanda heç bir xalq iranlılar qədər öz torpağını, namusunu, dinini qorumaq və bu yolda heç bir səyini əsirgəməmək iradəsinə malik deyil. Ona görə də, yaxşı olar ki, bölgə ölkələri öz tarlalarında İsrail kimi kibrit çöplərinin yerləşməsinin qarşısını alsınlar.  Çünki Zəngilan əkin sahələri İsrail kibritləri ilə deyil, azərbaycanlı əkinçi və fermerlərin təri ilə abad ola bilər.
İngiltərənin “Times” qəzetinə müsahibə verən Naftali Bennet deyib: “İran hal-hazırda uranı zənginləşdirmək qabiliyyətinin ən inkişaf etmiş mərhələsindədir.”
Bennet əlavə edib: “Biz İranla soyuq müharibədəyik. Son 30 ildə İran diqqətimizi yayındırmaq üçün bizim ətrafımızda yerləşib.”
Sionist rejiminin baş naziri İran əleyhinə çalışacaqlarını və İrandan bir neçə addım irəlidə olmaq üçün bütün enerjilərini innovasiyalarını, texnologiyalarını və iqtisadiyyatlarını sərf edəcəklərini iddia edib.
Bennet deyib ki, İsraildən əlavə, ABŞ və digər güclərin hərbi təhdidləri, diplomatik və iqtisadi təzyiqlərinin birləşməsi İrana aydın şəkildə sübut edir ki, İran uranı zənginləşdirməyə davam edərsə, bunun çox ciddi nəticələri olacaq və mən İranın öz sürətini azaldacağına və dayanacağına inanıram.
Qeyd edək ki, Naftali Bennet və onun kimiləri sərhədlərə yaxınlaşmaqla və İranla qonşu ölkələrin ərazisindən İrana zərər platforması, həm də canlı qalxan kimi istifadə etməklə, İranın tərəqqisinə mane ola biləcəklərini düşünürlər. Ancaq görünür, hələ də başa düşmürlər ki, İrana yaxınlaşmaqla, bu xərçəng şişi ilə əməkdaşlıq edən ölkələri bürüyə biləcək odla oynayırlar.
Tarix sübut etmişdir ki, İran dünyada heç vaxt müharibəni başlayan tərəf olmamışdır, lakin eyni zamanda heç bir xalq iranlılar qədər öz torpağını, namusunu, dinini qorumaq və bu yolda heç bir səyini əsirgəməmək iradəsinə malik deyil. Ona görə də, yaxşı olar ki, bölgə ölkələri öz tarlalarında İsrail kimi kibrit çöplərinin yerləşməsinin qarşısını alsınlar.  Çünki Zəngilan əkin sahələri İsrail kibritləri ilə deyil, azərbaycanlı əkinçi və fermerlərin təri ilə abad ola bilər.

 
  • Yazılıb
  • da (də) 2021 Nov 03
  • Göndərən جهان کمالی