Tarix : 2021 Nov 03
Kod 61862

Xəstəliklərin müalicəsi üçün İrana səfər

İranda müalicə olunmaq istəyi niyə çoxdur?

İranda tibb fakultəsi təlimi metodu, habelə iranlı həkimlərin beynəlxalq ictimaiyyətlə ünsiyyəti üçün.
Arannews :Beynəlxalq tibb ixtisaslarının əksəriyyəti İranda mövcuddur və tədris olunur. Nəticədə isə, iranlı həkimlər beynəlxalq standartlar səviyyəsində fəaliyyət göstərirlər. İranın bütün tibb universitetlərinin sertifikatları, beynəlxalq universitetlər tərəfindən qəbul olunur.
Peşəkarlıq səviyyəsi baxımından, iranlı həkimlər beynəlxalq standartlar səviyyəsində fəaliyyət göstərirlər. Bu peşəkarlığın göstəricilərindən biri də, İranda tibb ixtisaslarının öyrədilməsidir. Tibb təlimi, təhsil mərhələlərinin ən çətinlərini özündə ehtiva edir. Başqa bir səbəb isə, iranlı həkimlərin beynəlxalq cəmiyyətlə əlaqə və ünsiyyətidir. Beynəlxalq tibb ixtisaslarının əksəriyyəti İranda mövcuddur və tədris olunur. İranın bütün tibb universitetlərinin sertifikatları, beynəlxalq universitetlər tərəfindən qəbul olunur. İranlı tələbələr əgər ölkə xaricində təhsil almaq istəsələr, asanlıqla qarşılıqlı sertifikat ala bilərlər.
İranın bir çox tibb elmləri universitetləri, yüksək dərəcələrdə nəzərə çarpır. Habelə, İran tibb elmləri sahəsində, dünya ölkələri arasında yüksək beynəlxalq dərəcələrə malikdir.
Müasir təbabət tibb texnologiyaları olmadan mümkün deyil. Tibb texnologiyası müalicə üsullarını inkişaf etdirir və xəstəliklərin təhlükəsini azaldır. Belə ki, tibb elmləri sahəsində müasir və intellektual cihazların istehsalı ilə, xəstəliklərin diaqnozunun qoyulması daha da asanlaşmış və bəzi xəstəliklərin ağrıları azaldılmışdır. Bu texnologiyalar, xəstəliklərə diaqnoz qoyulma analizləri, dərman müalicələri metodları və cərrahiyyə əməliyyatlarında istifadə edilir.
Hal hazırda, səhiyyə mərkəzlərində  müalicə xərclərinin artmasının yarısı, yeni texnologiyalarla bağlıdır. Tibb texnologiyaları sahəsində də, İran öncül ölkələr kateqoriyasında yer alır.
Qərbi Asiyanın ilk İontoforez Milli Mərkəzinin İranda fəaliyyətə başlaması ilə, növbəti ilə qədər müxtəlif növ xərçəng xəstəliklərinin tam müalicəsi mümkün olacaqdır. 27.06.2021-ci ildə, Kərəc şəhərində, ölkənin ilk iontoforez müalicə xəstəxanası açılışı və tibb avadanlıqlarının test prosesində Atom Enerjisi Təşkilatının rəisi Əliəkbər Salehi, səhiyyə nazirinin birinci müavini İrəc Hərirçi, Avstriyanın Tehrandakı səfiri Stefan Şelts və Əlborz əyalətinin icra başçısı iştirak etmişlər.
İranın İontoforez Milli Mərkəzi, xərçəngə yoluxmuş xəstələrin müalicəsi üçün təsis edilmişdir. Bu mərkəzin Qərbi-Asiya regionunda analoqu yoxdur və dünyada buna bənzər cəmi beş mərkəz mövcuddur. İontoforez müalicəsi dünyada xərçəng müalicəsinin ən modern metodudur. Bu mərkəz Səhiyyə Nazirliyi və Atom Enerjisi Təşkilatının əməkdaşlığı ilə 5 il ərzində tikilmişdir.
Radioterapiya: Atom Enerjisi Təşkilatı bir milyon ehtiyaclı xəstəyə radio dərman istehsal etməklə məşğuldur. Radioloji dərmanların son beynəlxalq standartlar səviyyəsinə çatdırılması üçün də addımlar atılmaqdadır. Belə ki, bu nəticə əldə olunduqda, radioloji dərmanların ixrac potensialı da artacaqdır.
İranda sonsuzluq müalicələri: Yəzd şəhərinin nəsil artırma elmləri araşdırma mərkəzi, İranın sonsuzluqla mübarizə qütbü kimi tanınır. Bu mərkəz bir neçə sahədə, o cümlədən araşdırma, tədris və müalicə sahələrində fəaliyyət göstərir. Bu mərkəzdə müasir avadanlıqlardan istifadə etməklə, dünyada yayılmış müalicə metodlarının əksəriyyəti tətbiq olunur. Müraciət edənlərin əksəriyyəti Fars körfəzi ölkələri, İraq, Pakistan, Orta Asiya ölkələri və bəzən də Amerika və Avropa ölkələrindən olan xəstələrdir. Müalicə xərclərinin az olması, tibbi turizmin əsas səbəblərindən biridir. İranda müalicə xərcləri dünyanın başqa yerlərinə nisbətdə olduqca aşağıdır.
Digər tərəfdən isə, İran tibbi turizmə təsir edəcək amillərin çoxunda qonşu ölkələrdən daha yaxşı imkanlara malikdir. O cümlədən, səfalı təbiəti olan məntəqələr, isti su bulaqları və zəngin mədən ocaqları.
Bu gün İranda onlarla müalicə turizmi şirkətləri fəaliyyət göstərməkdədir. Müalicə imkanlarını əldə etmək üçün ən yaxşı yol, bu şirkətlərlə əlaqə qurmaqdır. Sağlamlıq turizmi şirkətləri, müalicə səyahətlərini asanlaşdırır. Bu şirkətlər müalicə olunmaq istəyən turistə müxtəlif səfər və müalicə paketləri təqdim edirlər. Belə ki, onların işi xəstəxana, həkim və turizm agentliklərini tanıtdırma sahəsində xidmət göstərməkdir.
Mənbə: Salamatnews

 
  • Yazılıb
  • da (də) 2021 Nov 03
  • Göndərən جهان کمالی