Tarix : 2021 Nov 05
Kod 61863

Mossadın keçmiş milli təhlükəsizlik müşaviri:

Azərbaycan xalqı müsəlmandır, lakin Yaxın Şərqdəki proseslərdən xəbərsizdirlər.

Mossadın sabiq milli təhlükəsizlik və yüksək müşaviri Uzi Arad: Azərbaycan əhalisi müsəlmandır, amma Yaxın Şərq proseslərindən xəbərsizdirlər
Arannews :Mossadın sabiq milli təhlükəsizlik və yüksək müşaviri Uzi Arad: Azərbaycan əhalisi müsəlmandır, amma Yaxın Şərq proseslərindən xəbərsizdirlər. Bizim fəaliyyətlərimizin əksəriyyəti də, hərbi və təhlükəsizlik sahəsindədir. Buna görə də, sadə insanlar adətən nə baş verdiyini bilmirlər.
Mossadın sabiq milli təhlükəsizlik müşaviri Uzi Arad, İsrailə 48 illik xidməti dövründə saysız-hesabsız dramatik anları arxada qoymuşdur: Məxfi əməliyyatlar, terror hücumlarını zərərsizləşdirmə, terrorçu qruplaşmaların ifşa edilməsi, terrorçuların öldürülməsi və düşmən ölkələrdə görüşlərin keçirilməsi. O, İsrail baş nazirinin milli təhlükəsizlik müşaviri təyin edilməsi və sionist rejim olan İsrailin o vaxtkı prezidenti Şimon Peres ilə Azərbaycana səfər etdiyi vaxtı, öz xidmətinin pik nöqtəsi sayır.
Uzi Aradın Yerusəlim Post-un  müxbiri Gil Hoffmana verdiyi müsahibədə belə deyilir:

- Biz indi haradayıq və onilliklər boyu davam edən açıq münasibətləri nəzərə alaraq münasibətlərimizin
hara gedəcəyini gözləyirsiniz?

- 1991-ci ildə müstəqilliklərini bərpa etdikdən sonra biz Azərbaycan Respublikası ilə tam münasibət qurmağa qərar verdik. Bildiyiniz kimi, İsrail 1992-ci il aprelin 7-də Azərbaycanla diplomatik əlaqələr quran ilk dövlətlərdən biri olub. Bəli, sualınıza cavab vermək üçün ilk növbədə onu deməliyəm ki, müsəlman ölkəsi ilə diplomatik, daha sonra isə daha çox əlaqələr qurmaq elə də asan məsələ deyil. Nəinki Azərbaycan xalqının əksəriyyəti müsəlmandır, həm də ölkə İranla qonşudur. Amma, məsələnin yaxşı tərəfi odur ki, Azərbaycanın yüksək vəzifəli dövlət məmurları, xüsusən də Heydər və İlham Əliyev İslama heç bir rəğbət bəsləmir və İsraillə ikitərəfli münasibətləri əvvəldən yüksək qiymətləndirirdilər.
Mən İsrailin Bakıdakı səfirliyində altı aylıq xüsusi ezamiyyətdə idim. İlham Əliyevin şəxsən tanıdığım qızı Leylanın yəhudi sevgilisi var idi, Emin Ağalarov. Sonradan evləndilər. Sevgilisinin anasına dedilər ki, oğlunun yəhudi olduğunu ictimaiyyətə açıqlamasa yaxşıdır. Onun Cared Kuşner ilə çox yaxşı münasibətləri olub. Düzünü desəm, ravvinlərimiz Leylanın yəhudiliyi qəbul etməsinə icazə versəydilər, o bunu şərəflə edərdi. Ancaq sualınıza qayıdaraq, düşünürəm ki, biz tam olaraq olmaq istədiyimiz yerdəyik və hədəflərimizin əksəriyyətinə nail olmuşuq, qalanları da tezliklə reallaşacaqdır. 

- Siz iddia edirsiniz ki, biz öz məqsədlərimizə nail olmuşuq. Onlar nə idi? Biz əvvəldən Azərbaycandan nə istəyirdik?
- Son 24 il ərzində NATO-nun himayəsi altında və Türkiyə ilə sıx əməkdaşlıq edən 50-dən çox yüksək rütbəli İsrail komandiri Azərbaycanın hərbi strukturunu yenidən qura və onu təşkil edə bilib. Azərbaycana hərbi silah satışı, müasir pilotsuz uçuş aparatları istehsal edən zavodların tikintisi, Azərbaycanın yüksək rütbəli hərbi komandirləri üçün 146 təlim kursunun keçirilməsi və Xəzər dənizi, Azərbaycanın cənubu və Ermənistanla sərhədlərində çoxsaylı illik gizli birgə hərbi təlimlərin keçirilməsi. Bunlar Təl-Əviv və Bakı arasında əməkdaşlığın əsas istiqamətləri
arasındadır. Hansı ölkənin adını çəkə bilərsiniz ki, bizim onunla belə əlaqələrimiz olub?
Azərbaycanın Dövlət Təhlükəsizlik Xidmətinin binasının bir mərtəbəsində MKİ və FTB agentləri ilə yanaşı Mossad zabitlərinin yerləşdirilməsi heç bir ölkədə görünməmiş hadisədir. Nəzərə alın ki, qeyd etdiklərimin heç biri artıq sirr deyil. Əlbəttə, müzakirə edə bilməyəcəyimiz şeylər var.
 
- Bizə təfərrüat verə bilərsinizmi?
- Yaxşı, hamı hesab etsin ki, Azərbaycanda cəmi 30000 yəhudi yaşayır.

Bəs necə olur ki, İsrail Azərbaycan hökuməti ilə bu qədər geniş əməkdaşlıq edir, lakin əksəriyyəti təşkil edən
müsəlman əhali bundan qəzəblənmir?

Azərbaycan xalqı müsəlmandır, lakin Yaxın Şərqdə baş verən proseslərdən xəbərsizdir. Deməli, İranın təsirinə düşmüş bir neçə nəfər istisna olmaqla, Azərbaycan xalqının əksəriyyətinin dini kimliyi yoxdur və Yaxın Şərq müsəlmanları kimi terror psixologiyasına malik deyillər. Ancaq eyni zamanda, fəaliyyətlərimizin əksəriyyəti hərbi və təhlükəsizlik sahələrindədir, ona görə də adi insanlar adətən nə baş verdiyini bilmirlər. 

- Onların daxili siyasi qərarlarında biz nə dərəcədə təsirliyik?
- ABŞ, Böyük Britaniya və İsrailin Bakıdakı səfirlikləri son 20 ildə eyni məqsədləri güdən koalisiyadır. Koalisiyanın Azərbaycan və Bakı rəsmilərinin siyasi qərarları üzərindəki hökmranlığı, İsrailin İordan çayının qərb sahilindəki hökmranlığına bənzəyir. Bu fərqlə ki, Azərbaycanın idarəçiliyinə Mahmud Abbasın əvəzinə İlham Əliyev adlı sivil bir insan rəhbərlik edir. 

- Mənə öz təcrübənizdən danışın. Bakıya gedəndə vəziyyət necə idi? Paylaşmaq istədiyiniz xatirələriniz varmı?
- Azərbaycana ilk səfərim 1994-cü ildə olub. 

- Siz o vaxt Mossadda idiniz?
- Bəli, daha sonra Şimon Peresin səfərinə hazırlaşmaq üçün İsrail baş nazirinin milli təhlükəsizlik müşaviri kimi, təhlükəsizlik və hərbi nümayəndə heyəti ilə Azərbaycana səfər etdim. Şimon Peresin Tehran qonşuluğunda olan Bakıya tarixi səfəri, İsrailin xarici siyasətində ən böyük tarixi hadisələrdən biri olub. Ən həyəcanlı məqamlardan biri isə, 2009-cu ilin iyulunda Azərbaycan prezidenti İlham Əliyevlə söhbət zamanı oldu. Biz Bakıda, ən qədim yəhudi qəbilələrinin yaşadığı yerdə danışdıq. Biz nəzakətli ifadələr işlətdik. Biz Xəzərin cənubundakı yəhudilərin tarixindən danışdıq. Mən ondan yəhudi xeyir-duasını oxuya biləcəyimi soruşdum. O, məndən bunun nə demək olduğunu soruşdu, izah etdim və o, “əlbəttə” cavabını verdi. Yanımda prezident Şimon Peres dayanmışdı. Mən oxudum: “İlahi, bizim Allahımız, kainatın padşahı, Sən mübarəksən ki, ət və qana izzət vermisən.” Orada hamı “Amin” dedi.
Təsəvvür edin ki, siz İsrailin rəsmi nümayəndəsi olaraq orada, bir çox israillinin əcdadlarının mənşəyi olduğu ölkədə durub özünüzə “Allahım, necə də tarixi andır” deyirsiniz. Bu hissi vəsf etməyə heç bir sözüm yoxdur. 

- Daha sonra yenə də Azərbaycana getmisiniz?
- Bəli. 2017-ci ildə tətilimi Bakı çimərliklərində keçirdim. Bizim üçün Bakının təhlükəsizliyi, Tel-Əvivin
təhlükəsizliyi qədər mühümdür. 


Qeyd edək ki, sionist rejimin Azərbaycan Respublikasında, xüsusən də hərbi və təhlükəsizlik sahələrində nüfuzu uzun illərdir ki, İran mətbuatında dərc olunur və təbii ki, Azərbaycan xalqının özü də bu məsələdən xəbərdar olur. Dəqiq olan odur ki, sionist rejim İslam dünyasına, xüsusən də İran İslam Respublikasına zərər vurmaq kimi mənfur niyyət ilə Azərbaycan Respublikasına daxil olub və əslində bu ölkənin alicənab və müsəlman xalqından, ümumi götürsək, canlı qalxan kimi istifadə edir. Uzun illərdir Azərbaycan neftini talayır və bunun qarşılığında bir ovuc səmərəsiz silahı bu ölkənin hökumətinə verir. Daha mükəmməl silahları çox baha qiymətlərlə Səudiyyə Ərəbistanı hökumətinə satdılar və Yəmənin ayaqyalın qüvvələrinin hücumları qarşısında bu silahların heç bir faydası yox idi. Məzlum Qəzzə xalqının işğal olunmuş Fələstin ərazilərinə hücumlarında, İsrailin Dəmir Qübbəsi onlara kömək edə bilmədi və uzun müddət sığınacaqlarda yaşadılar. Ümidvarıq ki, hələ də gec olmamış, Azərbaycan hökuməti öz fəaliyyətində gələcəyini, qonşularını və Azərbaycan xalqının maraqlarını nəzərə alacaq.
  • Yazılıb
  • da (də) 2021 Nov 05
  • Göndərən جهان کمالی