Tarix : 2021 Nov 04
Kod 61864

Ləyaqət Bəluç: İran bütün gücü ilə dünya imperializminin qarşısında dayanıb

Pakistan Milli Həmrəylik Şurasının baş katibi: İran yeganə ölkədir ki, bütün gücü ilə dünya imperializminin qarşısında dayanıb.
Arannews :Pakistanın paytaxtında İslam Peyğəmbərinin (s) mövludu və Vəhdət Həftəsi münasibətilə keçirilən “Əzəmətli Peyğəmbər (s) sevgisi” adlı İslam Birliyi konfransı keçirilib. Konfransda çıxış edən İslam Camaatı Partiyasının sədr müavini və Pakistan Milli Həmrəylik Şurasının baş katibi Ləyaqət Bəluç deyib: “Vəhdət və həmrəylik mesajı həyat mesajıdır və bu, həyatımızın düzgün yoludur. Allahın Rəsulu (s) dözüm göstərməklə vəhdət mesajı verdi.”
L. Bəluç əlavə edib: “Bugün müsəlmanların niyə bu qədər dəstələrə bölünməsinə, İslam düşmənlərinin, xüsusən də müstəmləkəçi dövlətlərin öz nəhs məqsədlərinə çatmaq üçün nə qədər ayıq-sayıq çalışdıqlarına diqqət yetirməliyik.”
Milli Həmrəylik Şurasının baş katibi İranı bütün gücü ilə dünya imperializminin qarşısında dayanmış yeganə ölkə adlandıraraq deyib ki, İslam İnqilabından sonra imperializm İran İslam Respublikası qarşısında ardıcıl olaraq məğlubiyyətə uğrayıb. Ancaq bizim Yəməndə, Kəşmirdə, Fələstində və digər ölkələrdə baş verən zülm və cinayətlərə qarşı susqunluğumuz və etinasızlığımız müsəlmanlar arasında birliyin olmamasından irəli gəlir.
İslam Camaatı Partiyasının sədr müavini sonda deyib: “Düşmən həmişə Pakistanda böhran yaratmağa cəhd edir, lakin nə qədər ki, məscid, minbər və hüseyniyyələr fəaliyyət göstərir, düşmən heç qələt edə bilməz.”

 
  • Yazılıb
  • da (də) 2021 Nov 04
  • Göndərən جهان کمالی