Tarix : 2021 Nov 06
Kod 61870

Təbriz 13 Aban toplantısı - 2021-foto

Təbriz sionist rejiminin “minlərlə yara” planına qarşı sinəsini sipər etdi
Arannews : Sionist düşmən “minlərlə yara” strategiyasını həyata keçirməklə İranın ətrafındakı ölkələrdə, o cümlədən Azərbaycan Respublikasında bəzi kor imkanlardan istifadə edərək İslami İrana ziyan vurmağa cəhd edir və bu gün, 13 Aban ildönümü və İranın Oman dənizində dəniz quldurlarına qarşı savaşda iqtidarlı qələbəsindən bir neçə gün keçdiyi bir vaxtda, İranın zamanşünas azəriləri qondarma İsrail rejiminin uğursuzluğa məhkum “minlərlə yara” planına ilk reaksiyada sionizm oyununa maraq göstərənlərə və ya hərəkət edənlərə elan etdilər ki, uşaq sionistlərin mümkün xəncərlərinə qarşı möhkəm sədd kimi dayanıblar.
13 Aban ildönümü və Dünya İmperializminə Qarşı Mübarizə Günü Təbrizin inqilabçı əhalisi İran İslam İnqilabına və İnqilabın Böyük Rəhbəri həzrət Ayətullah Xameneiyə qətiyyətli dəstəyini elan etdi. Təbrizlilər əllərində şəhid general Qasim Süleymaninin şəkillərini götürərək son nəfəslərinə kimi İran və İslam İnqilabını qoruyacaqlarını bildirdilər. Onlar sionist rejiminə və öz imkanlarını bu saxta rejimin ixtiyarında qoyanlara xəbərdarlıq etdilər ki, qondarma İsrail rejimi və onun cahil müttəfiqlərini məhv etmək üçün cəmi 7 dəqiqə lazımdır.
Möhtəşəm toplantıda iştirak edənlərdən bəziləri əllərində ABŞ və sionist rejimini pisləyən latın əlifbası ilə azəricə yazılmış plakat və əlyazmalar götürmüşdülər. İranlıların öz əsillik və tarixini qorumaq üçün adətən, İran əlifbasından başqa heç bir əlifbadan istifadə etməmələrinə diqqət etməklə, bu hərəkəti qonşu ölkələrin bəzi rəhbərlərinə və hökumətlərinə xəbərdarlıq kimi də qiymətləndirmək olar. Hansı ki, bu başçılar və siyasətçilər bəzən xəbərsizlik və nadanlıq üzündən İranın şimal-qərbində müsəlman, inqilabçı və islami müqavimət cəbhəsini sevən xalqa ümid bəslədiklərini göstərən cümlələr söyləyirlər. Bu gün İslami İranın şimal-qərb bölgəsinin qeyrətli gəncləri, mübariz və qəhrəman Təbrizin gələcəyini formalaşdıran qadın və kişiləri latın əlifbası ilə öz mesaj və xəbərdarlıqlarını bölgənin illüziyaya qapanmış mif quranlarına göndəriblər.
Vilayət ardıcılları olan təbrizlilərin Ali Məqamlı Rəhbər həzrət Ayətullah Xameneiyə qarşılıqlı sevgisində zərrəcə şəkk-şübhə yoxdur. Müqavimət cəbhəsinin böyük mərdi, könüllərin sərdarı şəhid Süleymani cinayətkar Amerikanın əli ilə şəhid olduqdan sonra bu sevgi daha da dərinləşdi və general-leytenant Qasim Süleymaninin şəhid olması xəbərinin yayıldığı andan Təbriz və təbrizlilər qərarsız və rahatsız olmuşdur, kədərlə dolmuş qəlblə və düyünlənmiş yumruqla meydanda həmişəkindən daha möhkəm dayanmışdır. Həzrət Ayətullah Xameneinin “İranın başı” adlandırdığı azəri bölgələri bugün də bütün gücü ilə İran və İslam İnqilabı yolunda canından keçməyə hazır olduqlarını elan edirlər.
Şəhid Qasim Süleymaninin şəhadət dağı hələ də Azərbaycan xalqının qəlbini ağrıdır, hələ də İran azəriləri müqavimət cəbhəsinin şəhidi sərdar Süleymaninin qanının intiqamını almaq ardıncadır. Daim söz bunun üzərindədir ki, Amerikanın bölgədəki bazalarını məhv etmək, şəhid Süleymaninin bir damla qanının da qisası ola bilməz. Bu gün şəhid Süleymaninin şəkili bir daha Təbriz əhalisinin əlində KİV kameralarının çərçivəsinə düşdü.
Qeyrətli azəri cavanlar bu möhtəşəm toplantıda latın əlifbası ilə azəricə yazılmış əlyazma və plakatlardan danışaraq deyirdilər: Əvvəlki illərdə mesajlarımızı fars dili ilə yanaşı ingiliscə də yaydıq, ancaq qonşu ölkələrdə bəzi hökumət adamlarının sərsəmləmələri Azərbaycanın inqilabçı ümmətinin bu mesaj və xəbərdarlığını onlara latın əlifbalı azəri dilində də verməyə vadar etdi ki, beləliklə, dəvələr yuxularında çiyid görməsinlər, beynlərində belə səhv fikirlər və illüziyalar əmələ gəlməsin.
Azərbaycan xalqı bu gün bəyan etdi ki, hər kim sionist rejiminə dəstək verərsə məzlum və qanına boyanmış Fələstin xalqı, uşaqlar, qadınlar və kişilər, müqavimət cəbhəsi ona nifrin edəcək, lənətləyəcək. Onlar Azərbaycan hökumətini müqavimət cəbhəsinin şəhid övladlarının nifrət və lənətindən xilas olmağa çağırdılar. Çünki şəhidlərin duaları və nifrinləri hökumətlərin və xalqların taleyinə dərin müsbət və mənfi təsir göstərir.
Sionist düşmən “minlərlə yara” strategiyasını həyata keçirməklə İranın ətrafındakı ölkələrdə, o cümlədən Azərbaycan Respublikasında bəzi kor imkanlardan istifadə edərək İslami İrana ziyan vurmağa cəhd edir və bu gün, 13 Aban ildönümü və İranın Oman dənizində dəniz quldurlarına qarşı savaşda iqtidarlı qələbəsindən bir neçə gün keçdiyi bir vaxtda, İranın zamanşünas azəriləri qondarma İsrail rejiminin uğursuzluğa məhkum “minlərlə yara” planına ilk reaksiyada bilərəkdən, ya bilmədən sionizm oyununa maraq göstərənlərə və ya hərəkət edənlərə elan etdilər ki, uşaq sionistlərin mümkün xəncərlərinə qarşı möhkəm sədd kimi dayanıblar.
İran İslam Respublikası bugün İslam İnqilabı və 8 illik Müqəddəs Müdafiə və müqavimət cəbhəsi şəhidlərinin qanı və duaları ilə tarixin ən misli görünməmiş sanksiya və təzyiqlərinə tab gətirə bildiyi kimi, şəhidlərin nifrini də hər bir zülmün kökünü yerindən qopara bilər.
Təbriz və Azərbaycan xalqı Ali Məqamlı Rəhbərin sözü əsasında, Azərbaycan torpağını İslam torpağı bilir, eyni səbəbdən də Quran və müsəlmanların lənətinə tuş gəlmiş sionistlərin İslam torpağına ayaq basmalarından narahatdır və İslam torpağının terrorçuların və ifratçı irqçilərin hüzur və nüfuz yerinə çevrilməsini qəbul etmirlər.








































 
  • Yazılıb
  • da (də) 2021 Nov 06
  • Göndərən جهان کمالی