İslam İnqilabı Keşikçiləri Korpusu donanmasının dünən açıqlanan ABŞ Hərbi Dəniz Qüvvələrinin terrorçu donanmasına qarşı əməliyyatı şairlərin reaksiyasına səbəb olub.
Arannews :Fars Xəbər Agentliyinin Kitab və Ədəbiyyat Reportyorunun məlumatına görə, ABŞ Terrorçu Ordusunun donanması və onun qabaqcıl destroyerləri növbəti dəfə SEPAH-ın dəniz qüvvələrinin silahlıları tərəfindən rüsvay edilib və 9 min tonluq “Arli Burke” sürətli qayıqlar tərəfindən əsir götürülüb.
İslam İnqilabı Keşikçiləri Korpusu donanmasının dünən açıqlanan ABŞ Hərbi Dəniz Qüvvələrinin terrorçu donanmasına qarşı əməliyyatı şairlərin reaksiyasına səbəb olub və bunu aşağıda oxuya bilərsiniz.
Qeyd: Şeirlər tərcümə olunub, nəzmə çəkilməyib.
"Əhməd Rəfii Vərdəncani"
Aslan quyruğu ilə ...
Şər ardınca getməməlisən
Çünki zərəri var, getməməlisən
Təhlükəyə sarı getməməlisən
Getsən də, o qədər uzağa getməməlisən
Şirin quyruğu ilə əylənməməlisən
***
Bu keçid əhlinin hamısı şirdir
Öz eşqləri yolunda fədaidir
Oğrunu əli bağlı gətirəndir
Ümumiyyətlə bu keçiddən keçməməlisən
Şirin quyruğu ilə əylənməməlisən
***
Çalış özünlə yardımçı götürəsən
Yol uzundur, yerimə arabası götürəsən
Ehtiyata bir az uşaq bezi götürəsən
Ehtiyatsız səfərə getməməlisən
Şirin quyruğu ilə əylənməməlisən
***
Yenidən dünya qarşısında zəlil oldun
Gəlib yenə əlimizdə əsir oldun
Cənab şir yanında siçan oldun
Döyüş vaxtı əkilməməlisən
Şirin quyruğu ilə əylənməməlisən
***
Bizim əzmimizin gücü sonsuzdur
Şurumuz saray yıxandır
Aslan nəriltisi qulaq batırandır
Məbada ki, yaxına getməməlisən
Şirin quyruğu ilə əylənməməlisən
***
Zülm niyyəti ilə kim gəldisə, getdi
Peşman, başıaşağı və pis, getdi
Görəcəksən, abırın əldən getdi
Bu bəlanın arxasınca getməməlisən
Şirin quyruğu ilə əylənməməlisən
***
Bizə zorba gəlmək asan deyil
Şir meydanı anqırma yeri deyil
Eşşəyin özünü göstərmək vaxtı deyil
Qulaq as, ay eşşək, getməməlisən
Şirin quyruğu ilə əylənməməlisən
***
Sən neft ideyası ilə gəlmisən, bax
Neft tankeri də getdi, bax
Ürəyini SEPAH titrətdi, bax
Hər bir oğurluğa getməməlisən
Şirin quyruğu ilə əylənməməlisən
***
Vurub-qaçma dövrü qurtardı
Vursan zəhmin ayaq altda qaldı
Tez bu ətrafdan get, itil
Hərəsində bir hikmət var “getməməlisən”
Şirin quyruğu ilə əylənməməlisən
“Məhəmməd Bərzgər”
Şir kim nərə çəkir dənizdə qayıqlar
Səhra qurdu üçün meydanı dar olsun
Bir anlıq vətənimizə addım atsa
O, tabutda evə qayıtmalıdır
*
Desantların ağlayan gözlərindən aydın olur
Bu dəniz dərindir və qan saçan dalğası var
Hər gün “Ya Heydər (ə)” zikrilə meydana çıxır
Kiminsə Təngistan şirindən əlaməti var
*
Evdə qan dolu gözlərlə ağlayırdılar
Təbəs tufanı qalxan zamanda
İmam həmin gün dedi; səhranın qumu da
Haqqın iznilə Sepahımızın əsgər və komandiridir
*
Əsgər və komandirlər qandan dəstəmaz aldılar
Dənizçilərin qan dənizi ilə əhd bağladılar
Haqqın köməyilə əbədi olaraq düşmən bimiz əsirimizdir
İran İslam Respublikasının sahilində
“Mehdi Pərniyan”
Məntəqəni tərk edin və şiri təhrik etməyin
Zərif və qəşəng yolla min səy göstərdin ki,
Bütün dünyanı öz mülkün edəsən
Gah sanksiya siyasəti, gah da çomaq və yer kökü
Hər bir müqaviləyə belə etdin siyasət
Nə səninlə dialoq düzgün, xeyir və yaxşı olar
Nə də, sənin rəftarın adamlığa yaxın olar
Əlindəki dərman ilan zəhərindən daha öldürücüdür
Ağzınızdan çıxan salam, pis söyüş kimidir
"Burada saçdan incə min məqam var"
Sən şeytandan, o da səndən seçilmirsiz
Yumşaq əlcəklərin altında çuqun pəncələrin var
Dünyaya həmişə demokratiya pozu verirsən
Sən azadlıq və ədaləti həbs edirsən
İnsan haqlarına həmişə atəş açırsan
Bütün üfüqlərin bəlası sənin bədxahlığındandır
Perunun şimal-şərqindən Mozambikin cənubuna
Regionda keşikçi köpəyini bağlamısan
Genetik olaraq qatil və cinayətkardır
İraq, Suriya və Yəmən sizin cinayətinizdən yaralanıb
Südlü inəyin də, cinayətində ortaqdır
Yeməyiniz ancaq xalqların nefti və qanıdır
Çiy, təbii, yaxşı və orqanik qida
“Bir nəsihət edim, dinlə və bəhanə gətirmə”
Məntəqəni tərk edin və şiri təhrik etməyin
Sərhədimiz tərəfə çəp baxsanız
Min ballistik raketi boğazına soxarıq
Yəzdin səhra bölgəsindən dərs almaq kifayətdir
Folklor ifadəsi olan yaşlı qadının dediyinə görə:
Əgər səni burada poz verən görsəm
Mən sənin ürək və qabırğanı, 260 kuryerə daşıtdıracağam
Bu boş qüdrət getdikcə süquta uğrayır
Və günlərin gecə kimi qaranlıq olacaq
Sənin izzət, əzəmət və nəhəngliyin boğulacaq
Titanikin şöhrət, əzəmət və nəhəngliyi kimi
“Hərbi müşavir marşı”
Ehey! Gəlməmiş qayıt! Bu söz bəsdir.
Ehey! Gəlməmiş qayıt ki, bura İrandır
Bu, vətən tamamilə şir meşəsidir
Torpaq, bu qızılla örtülmüş torpağın fədaisi var
Vətən dənizinin suyunun İlahi rəngi var
Ey milçək, Simurq quşunun meydanı sənin cövlangahın deyil
Ehtiyatlı ol ki, bu döyüş sənin qətlgahındır
Səmasında mələklərin qanadlarının izi var
Hansı ki, qarış-qarışının sahibi və maliki var
Hər bir küçənin başında keşikçi kimi şəhid adı var
Bu lalə dolu ətəkdən uzaq olsun xor gözlər
Araşın oxu şöhrətinə çatmış ox yoxdur
Saflıqda Siyavuşa çatan rəqib hanı?
Bu gənclərin hamısı Rüstəm kimi mərddirlər
Vətən sevgisindən dönsələr, ar olsun bizə
Biz yalnız qola güvənmirik və imanımız var
Şahi-Xorasan hərəmindən bəratımız var
Bu meydanda uçmaq fikri milçəklərin işi deyil
Ehey! Gəlməmiş qayıt! Bu söz bəsdir.