Azərbaycanda qazın, işığın, suyun, ərzağın qiyməti qalxır; Əmək haqqının artırılması insanların həyatına müsbət təsir etməyəcək.
Arannews :Azərbaycanda gələn il minimum aylıq əməkhaqqı 250 manatdan 300 manata qaldırılır. Bu məsələ "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əks olunub, lakin minimum əmək haqqının 300 manat müəyyənləşməsi insanların həyatına müsbət təsir etməyəcək.
Bununla bağlı iqtisadçı-ekspert Fuad İbrahimli bildirb ki, minimum əmək haqqının şəffaf şəkildə təyin edilməsi üçün ilk növbədə istehlak səbəti müəyyənləşdirilməlidir. Ekspertin sözlərinə görə, bu gün təxmini araşdırmalar onu göstərir ki, bu, 425-450 manat civarındadır:
Ekspöert qeyd edib ki, bunun üzərində Elmi Tədqiqat İnstitutları, Dövlət Nəzarət Orqanları bir yerdə birləşməli və vahid istehlak paketi hazırlamalıdır. Bura təkcə qida yox, yeri gələndə ayda bir dəfə insanın normal şəkildə mədəni, maarif qurumlarına ziyarəti, sosial paket, tibbi xərclər və s. daxil olmalıdır. Yəni insanların normal yaşamasından ötrü istehlak səbəti müəyyənləşdirilməlidir.
Fuad İbrahimki onu da bildirib ki, 250 manat onsuz da heç bir normal yaşayış üçün kifayət deyil. Bu gün vətəndaşın istifadə etdiyi istehlak məhsullarının, qazın, işığın, suyun qiyməti qalxır. Avtomatik sürətdə ona uyğun olaraq, respublika ərazisində ərzaq məhsullarının qiyməti də artıb. Bütün bunların indeksləşməsi götürüldükdə əlbəttə ki, bu məbləğ kifayət deyil.