Arannews :SəhərAzəri Televiziya kanalında Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin azadlığı uğrunda gedən 44 günlük müharibə mövzusunda sənədli film hazırlanıb.
“ÇƏTİN GÜNÜN DOSTU” adlı bu filmdə 2-ci Qarabağ müharibəsi dövründə İran İslam Respublikasının tutduğu mövqe, Azərbaycan Respublikasına dəstək istiqamətində atdığı addımları öz əksini tapır.
İslam inqilabının aliməqamlı rəhbəri Həzrət Ayətullahül-üzma Xameneinin Qarabağ diskursiyası əsasında reallaşan İranın Qarabağ münaqişəsi ilə bağlı mövqeyinə və 44 günlük müharibə dövründə Azərbaycanın haqlı mübarizəsinə verdiyi dəstəyə rəsmi Bakıdan göstərilən münasibət də bu sənədli filmdə diqqət mərkəzində saxlanılıb.
4 hissədən və hər hissəsi 30 dəqiqədən ibarət olan “ÇƏTİN GÜNÜN DOSTU” sənədli filmi noyabr ayının 9 və 10-da SəhərAzəri telekanalından efirə veriləcək.