Azərbaycan və Ermənistan arasında işğal olunmuş ərazilərin azad edilməsinə səbəb olan ikinci müharibənin birinci ildönümündə Azərbaycanın paytaxtı Bakıda Döyüş Qənimətləri Muzeyinin açıq səma altında sərgisi açılıb.
Arannews -"ABNA"ya istinadən xəbər verir ki, Azərbaycan və Ermənistan arasında işğal olunmuş ərazilərin azad edilməsinə səbəb olan ikinci müharibənin birinci ildönümündə Azərbaycanın paytaxtı Bakıda Döyüş Qənimətləri Muzeyinin açıq səma altında sərgisi açılıb.
Bu ölkənin vətəndaşları buranı ziyarət etməyə gəlirlər. Sərgidə Dağlıq Qarabağ müharibəsi zamanı Ermənistan ordusundan əldə edilmiş zirehli texnika və silahlar nümayiş etdirilir.
Xatırladaq ki, Azərbaycan Respublikası ilə Ermənistan arasında 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük münaqişədə Azərbaycan Respublikasının Ordusu, Dağlıq Qarabağda işğal olunmuş ərazilərini erməni silahlı birləşmələrindən azad edib.