Bakıda Dağlıq Qarabağın azad edilməsi münasibətilə keçirilən paradda sionist rejim olan İsrailin mənfur atributunun nümayiş etdirilməsi Arazın şimalındakı siyasətçilərin İran İslam Respublikasının bu qondarma və uşaq qatili olan rejimə qarşı həssaslığına diqqətsizliyini göstərir.
Arannews :Noyabrın 8-də Azərbaycan Respublikasının Silahlı Qüvvələri Dağlıq Qarabağ müharibəsində qələbə münasibətilə parad keçirib. Parad zamanı sionist rejim olan İsrailin bayrağı da nümayiş etdirilib və bu, Arazın şimalındakı siyasətçilərinin İran İslam Respublikasının bu qondarma və uşaq qatili olan rejimə qarşı həssaslığına laqeydliyini göstərir.
Qeyd etmək lazımdır ki, 4 oktyabr 2021-ci il, Cəbrailin azad edilməsinin 1-ci ildönümündə İlham Əliyev Azərbaycan vətəndaşları ilə görüşdə demişdi: "Son zamanlar (İran) rəsmiləri bizə qarşı əsassız ittihamlar irəli sürürlər ki, guya Azərbaycan İsraili bölgəyə gətirib. "Gözlərini açıb diqqətlə baxsınlar. İsraili harada görüblər?"
İndi soruşmaq vaxtıdır ki, gözləri yarıaçıq vəziyyətdə belə sionist muzdurları Bakıda görmək çətindirmi?!