Tarix : 2021 Nov 11
Kod 61897

İranın Tarix və Mədəniyyət İnstitutunun baş direktoru Azərbaycan xalqını qələbənin ildönümü münasibətilə təbrik edib

İranın Tarix və Mədəniyyət İnstitutunun baş direktoru, doktor Məhəmməd Əli Pərqu bəyanat verərək, Azərbaycan xalqını işğal olunmuş torpaqların azad edilməsində qələbənin ildönümü münasibətilə təbrik edib.
Arannews :Doktor Pərqunun bəyanatında ​​deyilir:
إِنَّمَا الْمُؤْمِنُونَ إِخْوَةٌ” Həqiqətən, möminlər qardaşdırlar. “Hucurat” surəsi, 10-cu ayə.
Tarix boyu işğalçı və zalımların sonu ziyan və məyusluq olub. Keçən il Dağlıq Qarabağın işğal olunmuş ərazilərinin azad edilməsi, zülm və işğalın qeyri-sabitliyini bir daha sübut etdi. Allah qoysa, İşğal altındakı Fələstin torpaqlarının azadlığa qovuşacağına şahid olacaq və müqəddəs Qüdsün qurtuluşunu tezliklə bayram edəcəyik.
Öz adımdan və tarix boyu Qafqaz şiələrinin sevinc və kədərinə şərik olan qeyrətli İran xalqı adından Azərbaycanın mühüm bölgələrinin azad edilməsinin ildönümü münasibətilə Azərbaycanın müsəlman xalqını təbrik edir və onlara pak Məhəmmədi İslam (s) dini sayəsində izzət və müvəffəqiyyət arzulayıram.
İnşallah, tezliklə korona virus pandemiyasının yaratdığı problemlərin həlli ilə, iki müsəlman və qonşu ölkənin sərhədləri yenidən açılaraq, duyğuların və davamlı, qardaşyana dostluqlarının kəsişdiyi məkana çevriləcək.
İranın Tarix və Mədəniyyət İnstitutunun baş direktoru, doktor Məhəmməd Əli Pərqu

 
  • Yazılıb
  • da (də) 2021 Nov 11
  • Göndərən جهان کمالی