Təbriz şəhərindən İran parlamentinə seçilmiş deputat Azərbaycanın Zəfər bayramını təbrik edib.
Arannews -Giperssilka Az. istinadən xəbər verir ki, Əhməd Əlirzabeygi şəxsi “Twitter” hesabında etdiyi paylaşımda Qarabağın işğaldan azad edilməsi və Zəfər bayramı münasibətilə təbriklərini çatdırıb.
“Qarabağın azadlığının ildönümü və bu böyük bayram münasibətilə Azərbaycandakı bacı-qardaşlarımı təbrik edirəm”.
Millət vəkili habelə yazıb:
“İran öz qonşuları arasında ən çox Azərbaycanla ortaq dəyərlərə sahibdir. Düşmənlər bu imkanı böhrana çevirməyə çalışırlar. Lakin iki ölkənin xalqlarının qarşılıqlı və ürəkdən gələn bağlılığı onları məyus edəcək”.