Rusiyanın xarici işlər naziri noyabrın 29-da Vyanada keçiriləcək iclasda (qeyri-qanuni sanksiyaların ləğvi ilə bağlı danışıqlar) Moskvanın Tehrana qarşı sanksiyaların ləğvinə çağıracağını açıqlayıb.
Arannews :bu barədə "Ria Novosti" məlumat verib.
Məlumata əsasən, Sergey Lavrov Rusiya və Fransa xarici işlər və müdafiə nazirlərinin 2+2 formatında görüşündən sonra mətbuata verdiyi açıqlamada, noyabrın 29-da Vyanada keçiriləcək görüşdə ölkəsinin 2015-ci ildə imzalanmış nüvə sazişinin bütün müddəalarının tam şəkildə həyata keçirilməsini və Tehrana qarşı sanksiyaların ləğvini dəstəkləyəcəyini bildirib.
"Aydındır ki, bu, ABŞ-ın nüvə sazişindən irəli gələn öhdəliklərini yerinə yetirmək üçün geri qayıtmasını, o cümlədən artıq qüvvədə olan sanksiyaların ləğvini nəzərdə tutur", - deyə Lavrov əlavə edib.
Fransa xarici işlər və müdafiə nazirləri ilə nüvə razılaşması ilə bağlı danışıqlara gəlincə isə, Lavorv deyib: "Bu görüşdə fransız həmkarlarımızla nüvə razılaşmasının gələcək danışıqlarını müzakirə etdik".
Rusiya və Fransa xarici işlər və müdafiə nazirləri cümə günü Əhatəli Müştərək Təşəbbüs Proqramı da daxil olmaqla mühüm regional və beynəlxalq məsələləri müzakirə ediblər.