Tarix : 2021 Nov 14
Kod 61909

İran və Azərbaycan Respublikası xarici işlər nazirləri telefon danışığında problemlərin dialoq və əməkdaşlıq yolu ilə həllinə təkid etmişlər

Azərbaycan Respublikasının xarici işlər naziri problemlərin dialoq yolu ilə və sakit və səmimi bir mühitdə həllini vurğulayıb.

Arannews -Qafqaztimes xəbər verir ki, ölkəmizin xarici işlər naziri Ceyhun Bayramov İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahianla telefon danışığında ikitərəfli münasibətlərdəki son problemləri müzakirə etmişlər.
Bu telefon danışığında Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov da İran İslam Respublikası ilə əlaqələri dostluq əlaqələri adlandıraraq, dost ölkələrlə əlaqələrin Azərbaycan Respublikası üçün prioritet olduğunu əlavə edib.
Azərbaycan Respublikasının xarici işlər naziri problemlərin dialoq yolu ilə və sakit və səmimi bir mühitdə həllini vurğulayıb.
Ceyhun Bayramov həmçinin iki ölkənin gömrük rəsmilərinin İran mallarının tranzit problemlərini həll etmək üçün danışıqlar aparmağını da təklif edib.
Əmir-Abdullahian ölkələrin qarşılıqlı olaraq istiqlaliyyət, suverenlik və ərazi bütövlüyünə ehtiramla yanaşılmasının zəruri olduğunu vurğulayaraq, Tehran və Bakının bir-biri ilə dərin münasibətlərə malik olduğunu əlavə edib.
O, iki ölkənin ikitərəfli münasibətlərdə anlaşılmazlıqların qarşısını almalı olduğunu və əlaqələri ən qısa zamanda doğru və inkişaf edən istiqamətdə davam etdirməyin lazım olduğunu vurğulayıb.
Əmir Abdullahian bu telefon söhbətində Tehranın yük maşınlarının tranzit probleminin həll olunacağını gözlədiyini də qeyd edib.
İran xarici işlər naziri iki millət arasındakı əlaqələrin dərinliyinə toxunaraq əlavə edib ki, Tehran və Bakının düşmənləri var və iki tərəf düşmənlərə iki ölkə arasındakı münasibətləri pozmaq imkanı verməməli, narahatlıqları dialoq və əməkdaşlıq yolu ilə həll etməlidir.
İki ölkənin xarici işlər nazirləri sonda bir-birlərini ölkələrinə rəsmi səfərə dəvət ediblər.

  • Yazılıb
  • da (də) 2021 Nov 14
  • Göndərən جهان کمالی