Türkiyə Xarici İşlər Nazirliyi bir bəyanatda bildirib ki, Mövlud Çavuşoğlu bazar ertəsi günü Tehranda öz iranlı həmkarı Hüseyn Əmir-Abdullahiyanla görüşəcək.
Arannews :Türkiyə Xarici İşlər Nazirliyi iki tərəfin danışıqlar mehvəri barədə açıqlamalar verib.
Anadolu xəbər agentliyinin məlumatına görə, Ankara bildirib ki, bu səfərdə ikitərəfli əlaqələrin bütün cəhətləri nəzərdən keçiriləcək, eləcə də regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Bundan qabaq Fars xəbər agentliyi bu səfər barədə məlumat vermişdi.
Bu, Əmir-Abdullahiyanın xarici işlər nazirliyi dövründə Çavuşloğlunun Tehrana olan ilk səfəridir.