Tarix : 2021 Nov 15
Kod 61913

İranın xarici ticarət həcmi artıb

İran gömrüyü direktorunun ehtiyatlar və idarəçiliyin inkişafı üzrə müavini cari günəş ilinin ötən yeddi ayı ərzində İranın xarici ticarət həcminin artmasından xəbər verib.

 Arannews :Əhməd Zakiri dünən gecə İranın şimal-qərbində yerləşən Maku şəhərində Bazərqan gömrüyünün baş direktorunun dəyişdirilməsi mərasimində bildirib ki, cari günəş ilinin yeddi ayında İranın xarici ticarət həcmi öncəki ilin müvafiq dövrü ilə müqayisədə münasib inkişafa malik/ və bir növ ticarət müvazinəti müsbət olubdur.
İxracat xüsusiyyət təşkil etməklə ticarətin asanlaşdırılması üçün münasib zəminin yaradılması məqsədilə sərhəddə yerləşən təşkilat və orqanların fəaliyyətlərində ahəngdarlığa və nizam-intizama təkid edən Zakiri belə söyləyib: İxracat xərcinin azaldılması və əmtəə malının xarici müştərilərə çatdırılmasında lazımi sürətin yaradılması, ölkənin ixracat bazarlarının qorunması və genişlənməsinə səbəb olacaq.
Bazərgan gömrüyünün əlverişli mövqeyi və yerinə işarə edən İran gömrüyü direktorunun müavini sonra belə deyib: Bazərqan sərhədi İranın Türkiyə ilə əlaqə körpüsüdür və yüksək ticarət tutumuna malik olan Bazərqan gömrüyü də daxil olmaqla sərhəd gömrüklərində infrastrukturların yaradılması və inkişaf etdirilməsinə kömək edilməlidir.
İran ilə Türkiyə arasındakı üçlü sərhəd ticarəti mərkəzindən biri sayılan Bazərqan gömrüyü sutkalıq şəkildə fəaliyyət göstərir. İranın Avropa ölkələrinə giriş darvazası sayılan bu sərhəd ölkənin Qərbi Azərbaycan vilayətinin şimalında, Maku rayonunun Bazərqan şəhərinin bir kilometrliyində yerləşir.
İranın Qərbi Azərbaycan vilayəti Türkiyə, İraq və Naxçıvan Muxtar Respublikası ilə 967 kilometrlik birgə sərhədə malikdir.

  • Yazılıb
  • da (də) 2021 Nov 15
  • Göndərən جهان کمالی