Tarix : 2021 Nov 16
Kod 61917

Ağdam sakini minaya düşərək həlak olub

Ağdamda 41 yaşlı kişi minaya düşərək ölüb.

Arannews :Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisə bu gün saat 17 radələrində rayonun Təzəkənd kəndində qeydə alınıb
Kənd sakini, 1981-ci il təvəllüdlü Ağayev Zaur İsa oğlu mal-qara otararkən minaya düşüb. Nəticədə o, hadisə yerində həlak olub.

  • Yazılıb
  • da (də) 2021 Nov 16
  • Göndərən جهان کمالی