Tarix : 2021 Nov 16
Kod 61919

Beynəlxalq Şəhriyar Elm və Mədəniyyət Mükafatı Konqresi Təbrizdə keçiriləcək

Təbriz Universitetinin Qafqaz, Anadolu və Orta Asiya təhqiqatları institutunun direktoru Dr. Əhməd Fərşbafian: Beynəlxalq Şəhriyar Elm və Mədəniyyət Mükafatı Konqresi 17 noyabr, saat 09:00-da Təbriz Universitetində keçiriləcək.
 Arannews - bu barədə" AzərPişrəft " məlumat verib :Təbriz Universitetinin Qafqaz, Anadolu və Orta Asiya təhqiqatları institutunun direktoru Dr. Əhməd Fərşbafian 17 noyabr, saat 09:00-da Təbriz Universitetində keçiriləcək Beynəlxalq Şəhriyar Elm və Mədəniyyət Mükafatı Konqresi barədə məlumat verdi.
Dr. Fərşbafian bu barədə dedi: Bu il 6-cı Beynəlxalq Şəhriyar Elm və Mədəniyyət Mükafatı Konqresi Təbriz Universitetində eyni zamanda canlı və vebinar olaraq keçiriləcək. Əvvəlki beş konqresin keçirilməsi ilə Türkiyə, Gürcüstan, Azərbaycan və İraqdan olan 62 professor, müəllim və tədqiqatçı təltif edilmiş və onlara Şəhriyar Mədəniyyət medalı verilmişdir.
O, Ustad Şəhriyarın yüksək ədəbi-mədəni ləyaqətini vurğulayaraq əlavə etdi: "Bu ədəbi medal da İranın məşhur şəxslərinin adını daşıyan Farabi və Xarəzmi medalı kimi, Ustad Şəhriyarın adı ilə zinətlənib. Altıncı festival dövründə ədəbiyyat və mədəniyyətlə yanaşı, İran və digər ölkələr arasında digər ortaq elmi sahələrin professor və tədqiqatçıları da mükafatlandırılacaq və daha geniş bir sahəni əhatə edir.
Təbriz Universitetinin professoru diqqətə çatdırıb: Bu konqreslərin keçirilməsində məqsəd regionda oxşar mədəniyyət, tarix və irsə malik universitet və xalqların ədəbiyyat sahəsində əməkdaşlığını genişləndirmək və bu sahədə professor və tədqiqatçıları üzə çıxarmaq, onları tanıtmaqdır və aralarında əlaqə yaratmaqdır. Beləki İran sivilizasiyası və mədəniyyəti sahəsində aparılan araşdırma və səylərlə daha yaxından tanış olaq.
Qafqaz, Anadolu İnstitutunun rəhbəri qeyd edib ki, 6-cı Şəhriyar festivalında adıçəkilən ölkələrdən 27 tədqiqatçı müəyyən edilib və elmi komitəyə təqdim olunmuş işlərin nəzərdən keçirilməsi nəticəsində 13 nəfər seçilib.
O, əlavə edib: Festivalın elmi komitəsi tərəfindən seçilmiş şəxslərin dördü Türkiyə, biri Azərbaycan, ikisi İran, beşi İraq və bir nəfər isə Gürcüstandandır. İnşallah seçilmiş şəxslərə Şəhriyar elmi və mədəniyyət medalları professor və tələbələrin iştirakı ilə təqdim olunacaq.
  • Yazılıb
  • da (də) 2021 Nov 16
  • Göndərən جهان کمالی