"Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin direktoru İranla sərhəddə yeni gömrük məntəqəsinin qurulması layihəsindən xəbər verib.
Arannews ;Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumda (IBF) çıxış edən "Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin direktoru Elşad Nuriyev deyib ki, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkından İrana əlavə avtomobil yolunun, körpünün tikintisi və yeni gömrük məntəqəsinin qurulması planlaşdırılır.
Onun sözlərinə görə, "Araz Vadisi İqtisadiyyat Zonası" xüsusi əhəmiyyət kəsb edir. Belə ki, sözügedən iqtisadi zona yol kəsişmələrinin ortasında yerləşir.