Tarix : 2021 Nov 17
Kod 61921

Nüvə müzakirələrində bütün sanksiyaların ləğvində tamamilə ciddiyik

“Nüvə müzakirələrində bütün sanksiyaların ləğvində tamamilə ciddiyik”. Bunu, Rusiya prezidentilə telefon söhbətində İran İslam Respublikasının prezidenti vurğulayıb.

 Arannews : telefon əlaqəsi saxlamasına görə Rusiya prezidenti Vladimir Putinə təşəkkür edən Seyid İbrahim Rəisi İran İslam Respublikasının iradəsini Rusiya ilə ticari və iqtisadi əlaqələrin genişləndirilməsi adlandırıb.
Rəisi belə deyib: İki ölkə əlaqələri və əməkdaşlıqlarının daha da yüksəlməsi prosesinin sürətlə icra olunması üçün uzunmüddətli həmkarlıqlara dair əhatəli sənədi yekunlaşdırmağa hazırıq.
İran prezidenti bildirib ki, Tehran və Moskva bir çox beynəlxalq mövzularda inteqrasiya və sinerjiyə malikdirlər.
O qeyd edib ki, unilateralizmlə mübarizə və multilateralizmin möhkəmləndirilməsi, iki ölkənin ortaq cəhətləridir.
Vladimir Putin də belə söyləyib: Moskva Tehranın/ iki ölkənin uzunmüddətli həmkarlıqlarına dair yeni əhatəli sənədin işlənib hazırlanması barədəki təkliflərini himayə edir və biz onun tez bir zamanda yekunlaşdırılması və həyata keçirilməsi əzmindəyik.

  • Yazılıb
  • da (də) 2021 Nov 17
  • Göndərən جهان کمالی