Tarix : 2021 Nov 19
Kod 61927

Dəhlizlər müharibəsi; Qarabağdan İraq və Şama kimi

Türkiyə səy edir ki, Asiya əsrində bölgənin dəhlizlərində daha böyük paya sahib olsun və İranla müqayisədə daha rəqabətli dəhlizlər planlaşdırsın. O vaxtkı başçıları Azərbaycanın müsəlman və şiə xalqının yardım çağırışına cavab olaraq, rus və erməni işğalçıları qarşısında onların yanında olmamaq üçün səbəb kimi dini və dil fərqlərini göstərmiş Türkiyə, bugün strateji dönüşdə Azərbaycandan gözünü çəkmir.
 
Arannews :Asiya əsrinin yaxınlaşması, “İpək Yolu” və “Bir Kəmər-Bir Yol” kimi qlobal ticarət magistrallarının formalaşması ilə eyni zamanda bu yeni əsrin maraqlarını ovlamaq məqsədilə pay üzərində şiddətli rəqabət yaranıb. Qarabağın cənubunun azad edilməsi və İŞİD-in Suriya və İraqa hücumları iki fərqli şəkildə bu gizli müharibənin əlamətləri idi: biri açmaq, biri də bağlamaq üçün.
Asiya əsrinin başlanması və yeni dəhlizlərə ehtiyac
Bugün Çin dünyanın ən böyük ixracatçısıdır və 40 milyon konteyner tutumlu Şanxay limanı və 33 milyon konteyner tutumlu Sinqapur limanı kimi dünyanın on ən böyük limanı Asiyada yerləşir. Asiya ölkələri korona pandemiyasını Qərb ölkələrindən daha yaxşı idarə edə bildilər və bu da Asiya ölkələrinin iqtisadi inkşafına və daha çox ixracatına səbəb olacaq. İngiltərə artıq Avropa İttifaqının üzvü deyil və qoca tülkünün ayaq izlərini Asiyanın müxtəlif bölgələrində görmək olar. Görünür, o, bunu digər qərblilərdən daha əvvəl dərk edib.
Dünya iqtisadiyyatının 60 faizindən çoxunun və dünya əhalisinin üçdə ikisinin yaşadığı Asiya əsrinin heyrətamiz addım səsləri eşidilir. Bu arada iki çox mühüm beynəlxalq dəhliz formalaşır və İran həm İpək Yolu, həm də Bir Kəmər-Bir Yol dəhlizində vacib ölkədir.
Türkiyə İranın ciddi rəqibi
İrana ciddi rəqib olan və təlatümlü iqtisadiyyatı sahib Türkiyə, Asiya əsrində daha çox fürsətləri ələ keçirməyə və bölgə dəhlizlərində daha böyük paya sahib çıxmağa cəhd edir. İranla rəqabət aparmaq üçün isə İranla müqayisədə daha rəqabətli dəhlizlər yaratmaq məcburiyyətindədir. Bu baxımdan Türkiyənin Azərbaycandakı səylərini daha yaxşı başa düşə bilərik. Türkiyənin o vaxtkı başçıları Azərbaycanın müsəlman və şiə xalqının (sovet hökuməti tanklarının Azərbaycan xalqını qana boyadığı 1990-cı illərin çətin günlərində) yardım çağırışlarına cavab olaraq, rus və erməni işğalçıları qarşısında onların yanında olmamaq üçün səbəb kimi dini və dil fərqlərini göstərirdilər. Nümunə olaraq, Turqut Özalın həmin dövrdə dediyi cümləsini misal gətirmək olar. T. Özal demişdi: “Onlar şiədirlər və biz sünni. Onlar İrana daha yaxındırlar.” Bu cümlə həmin zaman rusların sevincinə səbəb oldu.
İndi Türkiyənin Cənubi Qafqazda maksimum iqtisadi mənfəət cəlb etmək üçün strateji dönüşündən sonra bu ölkənin Qafqazdakı yeni strategiyalarının tamamlayıcısı olaraq Türk Dünyası Birliyi və Azərbaycanın sünniləşdirilməsi kimi məsələləri də əlavə etməsi, yaxud Şah İsmayıl Səfəvini təkfir etmək səslərinin qalxması mümkündür.
Türkiyə çoxsaylı və böyük su bəndlərinin arxasında qonşularının ehtiyac duyduğu suyu saxlamaq üçün daha bir mürəkkəb və tamahkar rəqabət hazırlayıb. Türkiyənin GAP bənd layihəsi Suriya, İraq, İran, hətta Azərbaycanın bəzi bölgələrində kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, açıq hava keyfiyyəti və ətraf mühiti problemlə üzləşdirib.
Dəhlizlər müharibəsi
Dəhlizlər soyuq müharibəsi artıq çoxdandır ki, başlayıb. Onun şifrələrini mənalandıra və aça bilmiş bəzi ölkələr, bu mürəkkəb meydanda rəqabət apara bilmək üçün bəzi hazırlıq işləri görməkdə və addımlar atmaqdadırlar.
Birdən-birə Azərbaycanın mümkün və xüsusi dəhliz yolunda yerləşən işğal olunmuş ərazilərinin bir hissəsi Ermənistanın cənubundan Naxçıvanın Türkiyə sərhədinə qədər köhnə marşrutu ilə yerləşən İranla həmsərhəd bölgə prioritetləri ilə azad edilir, Çindən İtaliyaya qədər dəhliz arasında itkin halqa olan Zəngzur marşrutu daim xatırlanmağa başlanır. Bəlkə də son illərdə Şərqi Aralıq dənizi hövzəsinin sakinləri İŞİD kimi terrorçuların Suriya və İraqa göndərilməsinin səbəblərini daha asan başa düşərlər. Bu terrorçular Qərbin, xüsusilə də ABŞ-ın islamofobiya layihələrini həyata keçirməklə yanaşı Çin, Əfqanıstan, İran, İraq, Suriyadan keçən və Aralıq dənizində bitən potensial dəhlizin qarşısını almağa gəlmişdilər. Halbuki, onlar İraq və Suriyada zərərsizləşdirildi. Qərb, ibrani və ərəb dollarları bu dəfə dəhlizin başqa bir hissəsini bağlamaq üçün bəlkə də Əfqanıstanı alova sürükləyəcək. Bəzi baxışların əksinə olaraq, muzdlu terrorçuların sahibləri olan qərblilər təkcə İslamı və İranı hədəfə almayıblar, üstəlik,  Asiyanın iqtisadi inkişafında və Şərqdən Qərbə tranzit çıxışında xələl yaratmağı da hədəfləyiblər və başda Çin olmaqla Asiyanın iqtisadi çiçəklənməsi ilə mübarizə onların əsas məqsədidir. Çinin Qərbə beynəlxalq ticarət yollarını necə qoruyub genişləndirəcəyini müşahidə etmək lazımdır. Görəsən, Şərq əjdahasının Qərb inhisar strategiyalarına qarşı dayanmaq üçün masada əməliyyat planı varmı?
İlham Əliyevi və Paşinyanı heyrətləndirən yaşıl işıq
44 günlük Qarabağ müharibəsinin başlamasına bir neçə gün qalmış Rusiya Azərbaycan Respublikasına mesaj göndərdi ki, Ermənistan tərəfindən işğal olunmuş 5 rayonun Azərbaycana qaytarılmasını dəstəkləyir. Qarabağın cənub hissəsinin azad edilməsi üçün Rusiyanın yaşıl işıq yandırmasının səbəbi kimi Türkiyə və Rusiyanın Qafqazın Aralıq dənizi vasitəsilə Avropaya bağlanmasından irəli gələn qarşılıqlı iqtisadi maraqlarına, Minsk qrupunun üzvlərini Cənubi Qafqazdan çıxarmağa, 2000 rus sülhməramlısının Qarabağın strateji yüksəkliklərində hüzurunun icazəli olmasına, Qarabağın şimalında və yəqin ki, yaxın gələcəkdə cənubunda neft və təbii qaz keçidinin strateji marşrutuna nəzarətə nail olmağa, Çinin dəstəyini qazanmağa, yeni və beynəlxalq gələcəkli dəhlizlər yaratmağa, işğal olunmuş ərazilərdə dünya enerji hablarının yaradılmasının dəyərini və əhəmiyyətini azaltmaq üçün Türkiyə ilə əməkdaşlığa işarə etmək olar. Bunu da vurğulamaq lazımdır ki, Rusiya və Türkiyə gizli münaqişə potensialına malik olsalar da, iki ölkə arasında bir-birinə düyünlənmiş maraqları qorumaq onları hər hansı münaqişədən çəkindirir. Hətta, səhv üzündən baş vermiş insident və zərərlər də rəsmi üzr istəmə ilə gözardına vurulur.
Dəqiq olan budur ki, iqtisadi böhran içində yaşayan və üç milyonluq əhalisnin çoxu digər ölkələrdə mühacirətdə olan Ermənistanla müqayisədə çoxlu imkanlara və daha çox cəmiyyətə sahib olan Azərbaycan Respublikası Qarabağ müharibəsində çox illər bundan öncə qalib ola bilərdi və əslində bu gecikmənin səbəbi Bakının hərbi gücü deyildi.
Gürcüstanda baş verən məxməri inqilabdan və bu ölkədə anti-Rusiya cərəyanlarının formalaşmasından sonra, Azərbaycan hakimiyyətinin vəziyyəti də xüsusilə ikinci Qarabağ müharibəsindən əvvəlki aylar və günlər qənaətbəxş deyildi və çox kövrək idi. Xalqın siyasi, sosial və iqtisadi məsələlərdən narazılığı ilə yanaşı, 2020-cı ilin iyun-iyul aylarında Qarabağın işğaldan azad edilməsi ilə bağlı xalqın tələbləri pik həddə çatmışdı və Bakıda böyük toplantılara səbəb olmuşdu. Qeyd edək ki, belə tezliklə Rusiyanın yaşıl işıq verəcəyinə ümid etməyən İlham Əliyev etirazçıların böyük aksiyaları barədə istehzalı tonda demişdi: “Minlərlə insan küçələrə çıxaraq şüarlar səsləndirir, ancaq Ermənistanla döyüş meydanında döyüşmək üçün yalnız 150 nəfər qeydiyyatdan keçməyə hazırdır.”
Amma Ermənistanda qərbləşmənin eskalasiyasını, Gürcüstanın oxşar aqibətini Azərbaycanda da proqnozlaşdıran Rusiya Azərbaycan ərazilərinin bir hissəsinin azad edilməsinə dolayı və sürpriz icazə verməklə vəziyyətə nəzarəti ələ aldı. Nəticədə Rusiyanın Qafqazda mövqeləri möhkəmləndi, Azərbaycanda müxalifət və etirazçılar susduruldu, Ermənistan hakimiyyəti cəzalandırıldı.
Bu istiqamətdə Asiya əsri ərəfəsində yeni beynəlxalq dəhlizlərdə iştirak etmək üçün yeni imkanlar axtaran Türkiyə Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsində katalizator rolunu oynadı və bu torpaqların işğaldan azad olunma müddətini bir neçə aydan 44 günə endirdi ki, bu da Qafqaz ekspertləri arasında növbəti sürprizə səbəb oldu. Sionist rejimi dramatik hərəkətlər edərək, hərbi texnika göndərməklə, vədlər verməklə və öz qondarma rejiminin bayraqlarını Azərbaycanda yaymaq və nümayiş etdirməklə təmənnasız olaraq əldə etdiyi qızıl fürsətdən yararlanmağa cəhd etdi ki, təsir və pay tələbindən geri qalmasın!
İsrailin Azərbaycanda nüfuzu
Sionist rejiminin Azərbaycanda 20 ildən artıq hüzuru və təsiri İranla həmsərhəd olması, Bakı ilə enerji əsaslı sövdələşmələrin davam etdirilməsi və ya işğal olunmuş ərazilərdə su böhranı səbəbindən ekstraterritorial əkinçilik kimi üç imtiyaz və səbəbdən başqa, dördüncü mühüm səbəbi də ola bilər və o da mümkün dəhlizdən uzaq qalmamaq, Türkiyənin Qafqaz və Anadoluda meylinə uyğun olaraq təsis edilməkdə olan enerji habı marşrutlarında iştirak etməkdir. Hansı ki, bu hab işğal edilmiş ərazilərin dünyanın vacib habına çevrilmək röyasını pərişan edə bilər və sionist rejimi ötən bir ildə faktiki olaraq mürəkkəb səylər göstərərək Qafqazdan Aralıq dənizinin şərqinə kimi mühüm qərarlarda təsir qoymağa çalışıb.
İran İslam Respublikası Qarabağ mövzusunda
Aydındır ki, Azərbaycan Respublikası müstəqillik əldə etdiyi andan İran İslam Respublikası bu ölkə müsəlmanlarının yanında dayanıb, birinci Qarabağ müharibəsi başlayandan sənədlərə, şahidlərin və dost-düşmən etiraflarına əsasən, onun ərazi bütövlüyünü dəstəkləyib, Arazın şimal şiələrinə maddi və mənəvi dəstəyini göstərib. Lakin Qərbin təlqin etdiyi iranofobiya və islamofobiya, eləcə də bu müsəlman ölkəsinin İranla kökləri və ortaq cəhətləri zaman keçdikcə Azərbaycanın hökumət adamlarının cənub sərhədlərinə şübhə və qorxu ilə baxmasına səbəb oldu.
İran daxilində də bəzi qeyri-düzgün anlayışlar, qeyri-rəsmi və şübhəli açıqlamalar, Qafqaza strateji və uzunmüddətli baxışın olmaması bu coğrafiyanın, xüsusən də Azərbaycanın İran ictimai rəyi və mediasının diqqətindən qıraqda qalmasına səbəb oldu.
Rusiyanın (öz xəlvət həyəti kimi) Qafqazda İranla rəqabəti, Bakının İrana yaxınlaşmağa qorxması, Tehranın şiəlik əlaqələrindən qalxan nəcibliyi üzündən güc tətbiq etməməsi və Qafqazda öz maraqlarını müdafiə etməməsi səbəb oldu ki, Azərbaycanın bir hissəsinin azad edilməsi Rusiya, Türkiyə, sionist rejimi, hətta Pakistan üçün qələbə nöqtəsi hesab olunsun və İran yalnız Arazın yanında dayanmış müşahidəçi kimi görünsün.
Halbuki, 2018-ci ilin sonlarında general Baqirinin Bakıya səfəri, İranın Azərbaycan Respublikasının işğal olunmuş ərazilərini azad etmək üçün qəti iradəsini ifadə etməsi, Ali Məqamlı Rəhbərin ötən il rəbiüləvvəlin 17-də Qarabağ müharibəsinin getdiyi bir vaxtda və Şuşanın azad edilməsindən öncə dəstək çıxışı, həmin müharibədə İranın Azərbaycana silah yardımları müsəlman Azərbaycan xalqının qələbəsinin əsaslarından sayılır. Təəssüf ki, müharibə səhnəsinin media mühəndisliyində bütün bunlar diqqətdən kənarda qaldı.
Əmir Sabit, Qafqaz məsələləri üzrə ekspert

 
  • Yazılıb
  • da (də) 2021 Nov 19
  • Göndərən جهان کمالی