Tarix : 2021 Nov 20
Kod 61929

Ağdamın erməni işğalından azad olunmasından bir il ötür

Ağdam rayonunun Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsindən 1 il ötür.

Arannews :Ağdam rayonu Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın Baş naziri Nikol Paşinyanın və Rusiya Prezidenti Vladimir Putinin 2020-ci ilin noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanata uyğun olaraq noyabrın 20-də Azərbaycana qaytarılıb.
Ağdam Ermənistanın ən çox mina basdırdığı ərazidir, postmünaqişə dövründə Azərbaycan hökuməti ərazilərin minalardan təmizlənməsini prioritetlər siyahısına daxil edib.
2021-ci ilin iyunun 12-də Azərbaycan tərəfinin israrlı tələbi ilə Ermənistan Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim edib.

  • Yazılıb
  • da (də) 2021 Nov 20
  • Göndərən جهان کمالی