Müdafiə Nazirliyinin bu gün yaydığı məlumatda toqquşmalarda öldürülən beş hərbçinin adı sadalanır. Birinin kimliyi isə müəyyənləşdirilməyib
Arannews :Noyabrın 16-da Azərbaycanla sərhəd toqquşmalarında Ermənistandan azı 6 əsgər öldürülüb. Ermənistan rəsmiləri açıqlamanı noyabrın 19-da yayıb.
Həmin gün Rusiyanın vasitəçiliyi ilə atəşkəs elan olunandan sonra Ermənistan azı bir əsgərinin öldürüldüyünü, 24 hərbçi ilə kommunikasiyanın itdiyini, 13 əsgərin Azərbaycan tərəfdən əsir götürüldüyünü deyirdi.
Müdafiə Nazirliyinin bu gün yaydığı məlumatda toqquşmalarda öldürülən beş hərbçinin adı sadalanır. Birinin kimliyi isə müəyyənləşdirilməyib.