Tarix : 2021 Nov 20
Kod 61931

“Ermənilər niyə hər şeyi dağıdıb?” yazdı, “Facebook” blokladı

“Facebook” sosial şəbəkəsi rusiyalı tanınmış hərbi ekspert İqor Korotçenkonun hesabını Şuşa ilə bağlı yazdığı statusa görə bloklayıb.

Arannews :iqor Korotçenko özünün “Telegram” kanalında Facebook hesabının bloklandığını yazıb.
O, “Niyə ermənilər 30 ilə yaxın bir müddətdə Azərbaycanın işğal olunmuş ərazilərində hər şeyi dağıdıb, heç nə tikməyiblər?” sualına görə “Facebook” mənə üç gün qadağa qoyub", deyə bildirib.
Ötən həftə Şuşada səfərdə olan İqor Korotçenko “Facebook” səhifəsində ermənilərə "Niyə ermənilər 30 ilə yaxın bir müddətdə Azərbaycanın işğal olunmuş ərazilərində hər şeyi dağıdıb, heç nə tikməyiblər? Heç nə. Hətta Şuşada...Doğrudan niyə? Cavab verin" sualını ünvanlayıb.

  • Yazılıb
  • da (də) 2021 Nov 20
  • Göndərən جهان کمالی