Tarix : 2021 Nov 21
Kod 61935

Əliyev və Paşinyan Brüsseldə görüşmək barədə razılığa gəliblər

Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqının Şərq Tərəfdaşlığı sammiti çərçivəsində Brüsseldə görüşün keçirilməsi barədə razılığa gəliblər.

Arannews :onlar Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel ilə telefon danışığından sonra dekabrın 15-də görüşməyi qərara alıblar.
Avropa İttifaqının bəyanatında deyilir: “Liderlər regional vəziyyəti və gərginliyin aradan qaldırılması yollarını müzakirə etmək üçün Brüsseldə görüş keçirmək barədə razılığa gəliblər. Telefon danışıqları zamanı Ermənistan və Azərbaycan liderləri həmçinin insidentlərin qarşısının alınması mexanizmi kimi müvafiq müdafiə nazirləri səviyyəsində birbaşa rabitə xəttinin yaradılması barədə razılığa gəliblər”.

  • Yazılıb
  • da (də) 2021 Nov 21
  • Göndərən جهان کمالی